“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 1:1 hesablı heç-heçə etdikləri matçdan sonrakı mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:

– Bütün oyun "Qarabağ"ın üstünlüyü şəraitində keçdi. Biz isə bacardığımız qədər müdafiə olunduq. İlk yarıda bir vəziyyətdən qol vurduq. Bu hesab bizim üçün qələbəyə bərabərdi. Rəqibə uğurlar arzulayıram.

– Marko Deviçin durumu nə yerdədi?
– Bazar ertəsindən kollektiv məşqlərə başlayacaq. Ola bilsin, növbəti tur matçında meydana çıxsın. 

– Real yanaşsanız, hazırkı durumunuz nəyə imkan verir?
– Mövsümə başlayanda Premyer Liqada qalmağı düşünürdük. Amma 9 xal topladıqdan sonra hamı bizdən yüksək nəticələr gözləyirdi. Amma mən "bəlkə bir az yavaşlayaq" deyirdim. Hazırkı imkanlarımız daxilində mübarizə aparırıq. 4-5 yeni futbolçuya ehtiyacımız var. İstədiyim futbol bu deyil. Əlimizdəki materialla bunları ediriksə, qoyub qaçası deyilik ki?! (Sportnet)

Shares: