“Qarabağ”ın qış hazırlıq planı məlum olub.
Futbolinfo.az xəbər verir ki, komanda yanvarın 6-da Antalyaya yollanaraq təlim-məşq toplanışına start verəcək.
Toplanış 21 gün davam edəcək və komanda bu müddətdə 5 yoxlama oyunu keçirəcək.
“Qarabağ” yanvarın 12-də Rumıniyanın “Botoşani”, yanvarın 16-da Özbəkistanın “Paxtakor”, yanvarın 19-da Çexiyanın “Bohemians”, yanvarın 23-də Polşanın “Piast” və yanvarın 26-da Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qarşılaşacaq.
Yanvarın 27-də isə komanda Bakıya dönərək fevralın 3-də baş tutacaq “Neftçi”ylə matçın hazırlığını burada davam etdirəcək.