Dövrələrarası fasilədə heyətini gücləndirməyə davam edən “Sumqayıt” FK növbəti transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən klub son olaraq, İsrailin “Hapoel” (Tel-Əviv) komandasında çıxış edən Əmir Ağayevlə müqavilə imzalayıb. 27 yaşlı futbolçu 1,5 illik sövdələşməyə imza atıb.

Qeyd edək ki, “Bnei Yehuda”nın yetirməsi olan Əmir Ağayev adıçəkilən klubda 2010-cu ildən 2016-cı ilədək çıxış edib (180 oyun, 29 qol). Daha sonra isə “Omoniya” (Nikosiya, Kipr; 7 oyun, 2 qol) və “Beytar Yerusəlim” (5 oyun) klublarının uğurları üçün çalışan Ağayev son olaraq isə Tel-Əviv “Hapoel”ində (35 oyun, 7 qol) çıxış edib.

İsrail vətəndaşı olan Ağayev, bu ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında da forma geyinib.

Shares: