“Zirə” Cavid Hüseynovu yenidən qurulam heyətin əsas siması kimi görür. Komandanı bu yarımmüdafiəçinin ətrafında toplayacaq “qartallar”ın yeni kapitanı o olacaq.
 
Yenicə ayrıldığı “Qəbələ”də də bu sarğını daşımış Cavid dünən müqaviləyə qol çəkib. 31 yaşlı futbolçu 14 nömrəli formanı geyəcək.
 
Yeni gələn oyunçunun birbaşa kapitan sarğısına layiq bilinməsi çox qəribədi. Bu komandada xeyli vaxtdı oynayan başqa təcrübəli futbolçular da var. Lakin onların deyil, məhz Hüseynovun sarğıya layiq bilinməsinin səbəbi var. Çünki Kamal Bayramov komandadan ayrılaraq “Səbail”ə keçib, digər kapitanlar isə yol üstədi.
 
Cavid həm “Zirə”də ən ödənişli yerli futbolçu olacaq. Klub ona aylıq 15 min manat ödəməyə razılıq verib.
 
Bu gün isə Elvin Camalov “Zirə”yə keçəcək. “Qəbələ”dən ayrılan dayaq yarımmüdafiəçi 12 min manat əməkhaqqıya razılaşıb. Tezliklə onun transferi də rəsmən açıqlanacaq.
Shares: