Futbol üzrə Slovakiya milli komandasının Azərbaycanla keçiriləcək AÇ-2020-nin seçmə mərhələ oyunu üçün heyətində dəyişiklik edilib. 

Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Pavel Hapal yığmaya dəvət etdiyi 29 futbolçudan 5-ni Bakıya gətirməyəcək. 

Bunlar qapıçı Dominik Qreyf, müdafiəçi Lukaş Ştetina, yarımmüdafiəçilər Martin Xrien ilə Laslo Beneş və hücumçu Samuel Mrazdır.  

Qeyd edək ki, Slovakiya yoldaşlıq görüşündə İordaniyanı 5:1 hesabı ilə məğlub edib. Azərbaycan – Slovakiya oyunu iyunun 11-də 8-ci km stadionunda keçiriləcək. 

Shares: