Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail-2” – “Zaqatala” matçında “Zaqatala”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Qarabağ-2” matçının 89-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Rauf Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Xərək daşıyan uşaqların yaşları əsasnaməyə uyğun olmadığına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunub.
“Neftçi-2” – “Sabah-2 matçında “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Xərək daşıyan uşaqların yaşları əsasnaməyə uyğun olmadığına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunub.
“Kəpəz” – “Ağsu” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
MOİK – “Turan Tovuz” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində MOİK-in futbolçusu Raul Yaqubzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. Oyunun 90+5-ci dəqiqəsində MOİK-in futbolçusu Ümid Şükürlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. MOİK oyunun video yazılışını aparmadığına görə klub 80 manat cərimə olunub. MOİK matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunub.