Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçı öncəsi hər iki klub olduqca nəcib addım atıb.
Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin təşəbbüsü ilə komandalar meydana talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarla cıxıblar.
Eyni zamanda, oyun iştirakçıları bu xəstəlikdən əziyyət çəkən uşaqlara dəstək pankartı da açıblar.