Topaz Premyer Liqasının 28-ci turunun "Qarabağ" – "Qəbələ" matçının qarlı hava şəraitində keçirilməsindən xəbərdarsız. Futbolinfo.az xəbər verir ki, oyundan öncə olduğu kimi, fasilə zamanı da stadionun işçiləri qazondakı qarı təmizləməyə çalışıblar.
Lakin bu vaxt maraqlı bir məqam diqqət çəkib. Belə ki, meydanın ikinci hissədə "Qəbələ"nin qapısı olacaq hissəsi daha çox təmizlənib. Güman ki, "Qarabağ" rəhbərliyi bununla hücumçularının daha rahat oynamasını təmin etmək məqsədi güdürdü. Amma bu, qonaq komandanın rəsmilərinin gözündən yayınmadı. Məhz "Qəbələ" rəsmilərinin etirazından sonra stadion işçiləri "Qarabağ"ın da qapısının ağzındakı qarı təmizləməyə çalışdı. Ancaq təbii ki, meydanın digər hissəsiylə müqayisədə çox az.
Shares: