Dünya futbolu
A Seriyasında son 58 ilin ən yaxşı göstəricisi
İtaliyanın “Atalanta” klubu A Seriyasının 35-ci turunda “Bolonya”nı məğlub edib – 1:0.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşmada minimal hesablı qələbə qazanan “Atalanta” yeni rekorda imza atıb.
Belə ki, Berqamo təmsilçisi bu mövsüm A Seriyasında 95 qol vurub. Bu, turnirdə son 58 ilin ən yaxşı göstəricisidir.
İtaliya çempionatlarında qol rekordu “Torino”ya aiddir. Turinlilər 1947/48 mövsümündə 125 qol vurmağı bacarmışdı.
“Atalanta” A Seriyasında 74 xalla ikinci sıradadır.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün