Dünya futbolu
A Seriyasını MLS-ə dəyişdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
İtaliyanın “Bolonya” klubunun müdafiəçisi Qabriele Korbo yenidən MLS-ə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, İtaliyadan olan 23 yaşlı futbolçu Kanadanın “Monreal” klubuna transfer olunub.
Tərəflər 2023-cü ilin 31 dekabrına qədər anlaşıblar. Mərkəz müdafiəçisi daha öncə də icarə əsasında “Monreal”da forma geyinib. O, 2022-ci ilin yanvarından dekabrına qədər bu komandada 17 rəsmi oyuna çıxıb.
“Spetsiya”nın yetirməsi olan Korbo, 2018-ci ilin yayından “Bolonya”da çıxış edirdi. Müdafiəçi “Askoli”də də icarədə oynayıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)