Digər idman növləri
ABŞ millisinin heyəti elan edildi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
ABŞ basketbol komandası Parisdə keçiriləcək Olimpiya Oyunları üçün heyətini müəyyənləşdirib.
Milli komandaya Lebron Ceyms, Stiven Karri, Kevin Dürant, Coel Embiid, Entoni Devis, Devin Buker, Entoni Edvards, Ceyson Teytum, Dryu Holidey, Bam Adebayo və Tayriz Halibörton daxil ediləcək.
Millinin baş meneceri Qrant Hill, iyulda Las-Veqasda keçiriləcək təlim-məşq toplanışında siyahıya salınacaq 12-ci oyunçunun da kimliyinin məlum olacağını bildirib. “Qolden Steyt”in lideri Karri Olimpiadada ilk dəfə çıxış edəcək. Kaliforniya klubunu Parisdə həmçinin baş məşqçi Stiv Kerr təmsil edəcək.
Lebron Ceyms üçün bu, dördüncü Olimpiya Oyunları olacaq. Onun kolleksiyasında 2004-cü ilin bürünc medalı, 2008 və 2012-ci ilin qızıl medalları var.
Bu oyunçulardan yalnız Halibörton və Edvards keçənilki dünya çempionatında komandanın heyətində olublar.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 08:30
“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı