Müsahibə
Abu Akal qayıtdı: “Biz yuxarı yerlərə qalxacağıq”
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Qəbələ”nin israilli yarımmüdafiəçisi Feras Abu Akalın futbolinfo.az saytına müsahibəsi
– Uzun müddət sonra komanda ilə məşqlərə qoşuldun. Vəziyyət necədir?
– Çox sevinirəm ki, bu ağır zədədən sonra komandama geri döndüm. Komanda yoldaşlarımla məşq etmək məni sevindirir. Hər şeyin daha yaxşı olmasını arzulayıram.
– Nə zaman oynamağa hazır olacaqsan?
– Tezliklə çempionat matçlarında meydana çıxmağa hazır olacam. Əminəm ki, uzun müddət kənarda qalmağıma baxmayaraq, komandama kömək edəcəm.
– “Qəbələ”nin vəziyyəti heç də yaxşı deyil. Təlim-məşq toplanışı Premyer Liqanın ikinci yarısında daha yaxşı olmağa ümid yaradır?
– Məşqlər çox yaxşı keçdi. Mən komandama inanıram. Çempionatın ikinci yarısında daha yaxşı şeylər edəcəyimizə, son pillələrdən xilas olacağımıza ümid edirəm. Bunun üçün potensial və keyfiyyətimiz var.
– Bunun üçün sizə nə lazımdır?
– Hər şey açıq olaraq qalır və heç nə bitməyib. Bizim hələ qarşıda 18 oyunumuz var. Gücümüzə, qüvvəmizə inanıram və biz yuxarı yerlərə qalxacağıq.
– Nə zaman tam olaraq öz performansına qayıdacaqsan?
– İnşallah, növbəti ay tam hazır olacam və bütün gücümlə oynaya biləcəm.
– Komanda yalnız bir transfer edib keçmiş futbolçusu Klesio Bauku heyətə qaytardı. Əvəzində Omar Hani klubdan ayrıldı. Bu cür vəziyyət çətinlik yaratmayacaq?
– Omar bizim üçün vacib oyunçu idi. Ona yeni komandasında uğurlar arzulayıram. Amma Bauk da bizim üçün yaxşı işlər görəcək. Heyətimizə güvənirəm.
– Çempionata “Sumqayıt”la oyunla başlayacaqsınız…
– Bu matçda qələbə bizim üçün çox vacibdir.
AĞA
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Ölkə futbolu2024-07-13 00:40
“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”
- Digər idman növləri2024-07-13 16:46
Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı