Dünya futbolu
AÇ-2024: UEFA iştirakçı ölkələrə ödənişin məbləğini açıqladı
UEFA 2024-cü ildə keçiriləcək Avropa çempionatında iştirak edəcək assosiasiyalara 331 milyon avro ayıracaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun xəzinədarı Devid Xill UEFA-nın Konqresində 2023/24 mövsümü üçün büdcənin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, AÇ-2024-dən proqnozlaşdırılan gəlir 2 milyard 409 milyon avro təşkil edir. Bu, son Avropa çempionatı ilə müqayisədə 28 faiz çoxdur. 331 milyon avro iştirakçı assosiasiyalar arasında bölüşdürüləcək. UEFA-nın gəliri 2023/24 mövsümü üzrə 6 milyard 687 milyon avro proqnozlaşdırılır.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda