Dünya futbolu
AÇ-2024-ün final mərhələsinin püşkü bu tarixdə atılacaq
2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksandr Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci Konqresindən sonrakı mətbuat konfransında açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, tədbir bu il dekabrın 2-də baş tutacaq.
AÇ-2024-ün final mərhələsinin oyunları üçün biletlərin satışa çıxarılacağı tarix də müəyyənləşib. Bildirilib ki, bilet satışına bu il oktyabrın 3-də başlanılacaq. Biletlərin qiyməti dörd kateqoriyadan ibarət olacaq.
Xatırladaq ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda