Digər idman növləri
AÇ: Azərbaycan şahmatçıları komanda hesabında birinci oldular

Azərbaycanın yeniyetmə şahmatçıları Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olublar.
Futbolinfo.az xəbər verir ki, yığma buna 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmaqla nail olub.
Turnirdə mükafatlandırma mərasimi də baş tutub. Qalib və mükafatçılara medal, diplom, o cümlədən kubok təqdim edilib. Çempion şahmatçılarımızın şərəfinə 4 dəfə Azərbaycan himni səsləndirilib.
Xatırladaq ki, Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal əldə edib. Azərbaycan şahmatçıları ilk dəfə yeniyetmələrin qitə çempionatında 4 qızıl medal qazanmaqla rekord nəticəyə imza atıblar.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”