Digər idman növləri
AÇ: Yığmamız titulunu qorudu
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona çatıb.
Futbolinfo.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub.
Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası ünvanına sahib çıxıb.
Belə ki, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yeri tutub. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.
Xatırladaq ki, yığma üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı