Ölkə futbolu
AFFA komanda sayını artırmaq istəyir – Premyer Liqada yox, Divizionda!
Misli Premyer Liqasında növbəti mövsüm üçün iştirakçı sayında dəyişiklik olmayacaq. AFFA 10 komandalı yarışa davam etmək, sonuncu pillənin sahibini aşağı dəstənin birincisi ilə əvəzləməkdə israrlıdır.
Futbolinfo.az xəbər verir ki, artıq I Divizionda “Araz Naxçıvan”ın qalib olacağı dəqiqləşib. Muxtar respublika təmsilçisi əvəzləmək üçün Premyer Liqada hansı komandanın sonuncu olacağını gözləyir. AFFA rəhbərliyi də verdiyi vədə sadiq qalıb idman prinsiplərinə uyğun hərəkət edəcək.
Son günlər Premyer Liqada komanda sayının artırılacağı, heç kimin Diviziona düşməyəcəyi, “Araz Naxçıvan”la yanaşı “Zaqatala”nın da elitaya gətiriləcəyi ilə bağlı söz-söhbətlər var. Lakin əldə etdiyimiz məlumata görə, bu, mümkünsüzdür. 2 klub üçün əlavə 6 milyon manat vəsaitin ayrılması ciddi problemdir, üstəlik, sözügedən klubların lisenziya tələbləri ilə bağlı çətinlikləri var. Hətta çempionluğu təmin edən naxçıvanlılar da infrastrukturla bağlı məsələləri tam yoluna qoymayıb.
Komanda sayının artırılması ilə bağlı həqiqətən müəyyən planlar var, lakin bu, Premyer Liqaya yox, I Diviziona aiddir. Yeni mövsümdə 10 komandalı yarış keçirməyi planlayan AFFA-da sayın 12-ə çatdırılması barədə müzakirələr gedir. Lakin hələ heç nə dəqiqləşməyib.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”