Bizi izləyin

Milli komanda

AFFA-nın 14 günə havaya sovurduğu 1 milyon manat – RƏQƏMLƏRLƏ

blank

Milli komandamızın iki həftəlik təlim-məşq toplanışı bitdi. Mayın 23-də Bakıda başlayan, Türkiyə – Belarus – Moldova marşrutu ilə davam edən turnesi 1 qələbə, 2 məğlubiyyətlə yadda qaldı. Yalnız Minskdə yerli gənclərə 2:1 hesabıyla qalib gələn Canni de Byazinin yetirmələri Alaniyada 1:2, Kişinyovda 0:1 yenildi.

Bu toplanış AFFA-nın büdcəsindən 1 milyon manatın havaya sovrulması ilə nəticələndi. Həmin pul…

…Tovuz akademiyasını 2,5 il saxlamağa bəs edərdi (AFFA yaxınlarda akademiyanın saxlanması üçün FIFA-nın illik 400 min manat ayıracağını bəyan edib)…

…“Səbail”in 2, “Sumqayıt”ın minimum 1 illik maaş büdcəsinə bərabər idi (bakılıların məşqçi və futbolçu heyətinin aylıq xərci 45, “kimyaçılar”da 80 min manatdı)…

…I divizion klublarının 4-nü bir mövsüm saxlamağa yetərlidi (AFFA-dan maliyyələşən aşağı dəstə klublarının büdcəsi 200-300 min manat arasında dəyişir, deməli, hətta klub sayını da artırmaq olardı)…

…bütün yığmaları oyunçuyla təmin edən, fəaliyyətini dayandırmaq üzrə olan “Qəbələ” akademiyasını 7-8 il yaşatmaq olar (burada illik büdcə 100 min manatdan azca çoxdu)…

Təbii ki, milli komandaların toplanışları olmalıdı, rəsmi matçlara hazırlaşmaq vacibdi. Lakin bu qədər xərcə düşməyə dəyməz. Yəqin ki, Azərbaycandan başqa heç bir ölkənin millisi ardıcıl 3 səfər oyununa çıxmır, bütün Avropanı dolaşmır. Haqsızıqsa, AFFA rəsmiləri bircə fakt göstərsin. Çətin mövsümdən sonra futbolçuları ölkə-ölkə dolaşdırmaq yalnız səriştəsizlərin verdiyi qərar ola bilər.

AFFA-nın hiyləgər başbilənlərinin belə plan tərtib etməsində məqsədi var. Xərc nə qədər çoxdusa, oradan oğurlamaq, faiz götürmək, qazanmaq imkanı da bir o qədər artır. Rəqiblər Bakıya gələndə qazanc imkanı olmur, səfərə çıxmaq daha məsləhətlidi. Ümumiyyətlə, bütün milli komandalarımız son 9, əsas komandamız 6 yoxlama matçının hamısını (!!!) səfərdə keçiribsə, səbəbləri araşdırılmalıdı. Görək rəqiblər Bakıya niyə gəlmir/gətirilmir?

AFFA 14 günlük toplanış üçün yarım milyon manat xərcləyib. Xaricə aparılan 30 futbolçudan başqa, məşqçilər və inzibati heyət, qurum rəsmiləri – ümumilikdə 50 nəfərlik heyət formalaşdırıb. 3 ölkədə qalmaq, qidalanmaq xərcləri, məşq meydanlarının icarəsi, nümayəndə heyəti üzvlərinin hər birinin aldığı gündəlik vəsait (sutoçnıy), 3 fərqli şəhərə aviabiletlər – yəqin razılaşarsız ki, heç bir şişirtmə yoxdu. İllik 600 min avro maaş alan, Bakıda aya 5 min manat ödənilən kirayə evdə qalan, 3 dəfə xüsusi restoranda qidalanan baş məşqçi de Byazi, onun İtaliyadan gətirdiyi yüksəködənişli 5 köməkçi bu səfərlər zamanı kolbasa-şörəklə kifayətlənməyib. Təbii ki, bütün xərclər ən üst səviyyə üçün hesablanıb.

Yuxarıda milli komandanın iki həftəlik toplanışına 1 milyon manat xərcləndiyini yazmışıq. Yarım milyon qeyd etdiyimiz məqsədlər üçün xərclənib, digər yarısı isə bir qələbə üçün dağıdılıb. Belə ki, Belarusun gənclərin çoxluq təşkil edən millisi ilə (həmin görüşdə rəqibin orta yaş həddi 25 idi, 7 oyunçunun yaşı 26-dan az olub; millimizin orta yaş həddi 27 idi, 9 oyunçunun yaşı 26-dan çox olub – müəl.) matçdakı qələbəyə görə öncə 15 min manat mükafat təyin olunubmuş, sonradan məbləğ artırılıb, start heyətində meydana çıxanlar 20 min manata, sonradan oyuna qoşulanlar bunun 75, ehtiyatda qalanlar 50 faizinə layiq bilinib. 11 start heyəti üzvü + bütöv mükafat alan 6 məşqçi + sonradan oyuna girən 6 nəfər + ehtiyatda qalan 6 futbolçu + daha az faizlə kifayətlənən adı heyətə düşməyənlər, inzibati heyət və bir sıra AFFA rəsmiləri. Bölün, çıxın, üstünə gəlin və yazdığımız rəqəmi özünüz görəcəksiz.

Yeri gəlmişkən, 2 ildi qələbə üzü görməyən, son 5 matçında yalnız 468 kvadrat kilometr əraziyə, 77 min əhaliyə malik olan Andorranı yenən Moldovayla oyun üçün də böyük mükafat vəd edilibmiş. Kişinyovda qələbə qazanılsaydı, hər bir milli üzvü 15 min manat əldə edəcəkdi. Allah üzümüzə baxdı, SOCAR-ın büdcəsinə rəhmi gəldi və uduzduq, növbəti yarım milyon havaya sovrulmadı.

Bu rəqəmlərlə bağlı AFFA-nın hər hansı təkzibi varsa, dərc etməyə hazırıq. Təbii ki, təkzib toplanış xərclərini özündə əks etdirən rəsmi sənədlərlə təqdim edilməlidi. Şəffaflıqdan dəm vuran qurum zəhmət olmasa, bütün suallara aydınlıq gətirsin, heç nəyi gizlətməsin.

İndi gələk məsələnin idman tərəfinə. Bu toplanış bizə nə verdi? Milli komandanın formalaşması üçün müəyyən nəticələr təbii ki, oldu, lakin bu, milyonluq xərc səviyyəsində deyil. Həm də ona görə ki, AFFA rəsmiləri de Byazidən nəticə tələb etdi, o da komanda quruculuğunu yox, tənqiddən yayınmaq üçün nəticə qazanmağı üstün tutdu. Ona görə də səfərə çıxan 30 futbolçudan 6-sı ümumiyyətlə, şans qazanmadı, ehtiyat qüvvə yoxlanılmadı.

Belarusla matçdakı qələbənin ardından Moldovayla oyuna buraxılan heyət göstərdi ki, italiyalı yalnız nəticəyə önəm verir. Elə olmasaydı, 10 futbolçuya 3 qarşılaşmanın hamısında şans verməzdi. Yoxlama oyunları müxtəlif heyətləri, müxtəlif taktikaları, oyun tərzlərini sınamağa görə keçirilir, amma baş məşqçi seçimləri ilə yalnız nəticəni düşündüyünü göstərdi. Belarusun ikinci heyəti üzərində (bu komandanın legioner oyunçuları, təcrübəliləri dəvət almamışdı, millimizə qarşı əsasən namizədlər forma geymişdi – müəl.) qələbədən sonra meydanda sərgilənən sevinc görüntüləri isə utancverici idi – məşqçi və futbolçular sanki Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıqmış kimi sevinirdilər.

Bakıda sınanan 3 gəncin səfərə aparılmaması başadüşüləndi, amma xaricə gedənlərdən Vüqar Mustafayevə 2 oyuna 25, Anatoli Nuriyevə 39 dəqiqə şans verilməsi məşqçinin anormal qərarlarındandı. Bütün oyunlarda Bədavi Hüseynov, Qara Qarayev, Maksim Medvedev, Emin Mahmudov, Anton Krivotsyuk (ümumilikdə 10 futbolçu) oynayacaqsa, 30 nəfərlik heyət nəyə lazım idi, onlar seçmə matçdamı sınanacaq? Həmin Nuriyev 2 ay öncə bəh-bəhlə ona görə milliləşdirilmişdi ki, ehtiyatda qalsın? İki görüşdə start heyətdə yer alan fars Höccət Haqverdi (Məşhəddən olan bu futbolçunu ölkəmizlə heç nə bağlamır – müəl.) də eyni aqibəti yaşayacaq, sadəcə, indi menecerlərə onun oynaması lazımdı ki, şəxsi qazancları artsın. Və bu Höccətə görə “Qarabağ”ın start heyətinin oyunçusu Rahil Məmmədov, futbolumuzun gələcəyi sayılan Bəhlul Mustafazadə, son matçlarda de Byazinin vazkeçilməzlərindən olan Elvin Bədəlov 1 saniyə belə oynamadı, ölkə kubokunun sahibi olan Şəhriyar Əliyev cəmi 38 dəqiqə meydanda oldu.

Bədavi, Qara, Maksim, Emin, Anton sabah zədə və ya cəza üzündən seçmə matçları buraxanda onları kim əvəz edəcək? Axı, onların əvəzediciləri olan 6 futbolçu 3 ölkədə yalnız turist funksiyasınıyerinə yetirdi. Millinin son oyunlarında əla oynayan İsmayıl İbrahimli 63, Təmkin Xəlilzadə 11 dəqiqə güvəniləcək futbolçular deyil.

Aydın Bayramov 3-cü qapıçı olduğundan oynamaması normaldı, Elvin Camalov ən azı 30-40 dəqiqə şans almalıydı. Ötən mövsümün ən parlaq simalarından olan “Sumqayıt”lı Rəhim Sadıxovun sonadək ehtiyatda saxlanması isə başqa bir biabırçılıqdı. Kimsə Rəhimin oynadılmamasını məşqçi seçimi saya bilər. O zaman xatırladaq ki, indi bütün matçlara start heyətdə başlayan Emin Mahmudov uzun müddət italiyalıdan eyni münasibəti görmüşdü, mətbuatın haqlı tənqidlərindən sonra “kəşf edildi” və vazkeçilməzlərdəndi. Seçmə oyunlarda hətta “18-liy”ə salınmayan Namiq Ələskərov indi bütün matçlarda oynadılırsa, deməli, məşqçinin korluğu var. Yaxşıdısa, niyə seçmə mərhələdə oynamadı, pisdisə, niyə indi hər 3 matçda start heyətdə çıxır? Axı, futbolçu haqda bu qədər qəfil fikir dəyişikliyi ola bilməz, hamını sınamaq ən yaxşısıdı. 6 nəfəri ehtiyatda çürütməkdənsə, bir o qədərini 5-10 dəqiqə oynatmaqdansa, 3 matçda 3 fərqli heyətə güvənmək, ehtiyat qüvəyə baxmaq lazım idi.

Bütün bu analizlər göstərir ki, futbolda həqiqi inkişaf heç kimə lazım deyil. AFFA rəhbərliyinin başı pul dağıtmağa qarışıb, səriştəsizlikləri üzündən məşqçidən hesabat istəyə bilmirlər. Təəssüf ki, ölkədə idmanın inkişafına cavabdeh olanlar da bu mənzərəni görməzdən gəlir. Bir daha xatırladırıq: bu toplanış AFFA-nın büdcəsindən 1 milyon manatın havaya sovrulması ilə nəticələndi. Həmin pul…

…Tovuz akademiyasını 2,5 il saxlamağa bəs edərdi (AFFA yaxınlarda akademiyanın saxlanması üçün FIFA-nın illik 400 min manat ayıracağını bəyan edib)…

…“Səbail”in 2, “Sumqayıt”ın minimum 1 illik maaş büdcəsinə bərabər idi (bakılıların məşqçi və futbolçu heyətinin aylıq xərci 45, “kimyaçılar”da 80 min manatdı)…

…I divizion klublarının 4-nü bir mövsüm saxlamağa yetərlidi (AFFA-dan maliyyələşən aşağı dəstə klublarının büdcəsi 200-300 min manat arasında dəyişir, deməli, hətta klub sayını da artırmaq olardı)…

…bütün yığmaları oyunçuyla təmin edən, fəaliyyətini dayandırmaq üzrə olan “Qəbələ” akademiyasını 7-8 il yaşatmaq olar (burada illik büdcə 100 min manatdan azca çoxdu)…

13 oyuna ən zəif rəqiblərlə görüşdə 267 günlük intervalla cəmi 2 qələbə qazanan de Byazinin maaşı 1,2 milyon, əlavə xərcləri 300 min manatdı. Eyni nəticəni 3-5 minə işləyəcək istənilən məşqçimizin qazana biləcəyinə əminəm. İndi məşqçinin köməkçiləri ilə birlikdə aldığı illik 2 milyon manatı bu toplanışa xərclənən 1 milyonun üzərinə gəlin, o zaman görəcəksiz ki, bu pul…

…Tovuz akademiyasını 7,5 il saxlamağa bəs edərdi (AFFA yaxınlarda akademiyanın saxlanması üçün FIFA-nın illik 400 min manat ayıracağını bəyan edib)…

…“Səbail”in 6, “Sumqayıt”ın minimum 3 illik maaş büdcəsinə bərabər idi (bakılıların məşqçi və futbolçu heyətinin aylıq xərci 45, “kimyaçılar”da 80 min manatdı)…

…I divizion klublarının 12-ni bir mövsüm saxlamağa yetərlidi (AFFA-dan maliyyələşən aşağı dəstə klublarının büdcəsi 200-300 min manat arasında dəyişir, deməli, hətta klub sayını da artırmaq olardı)…

…bütün yığmaları oyunçuyla təmin edən, fəaliyyətini dayandırmaq üzrə olan “Qəbələ” akademiyasını 20-25 il yaşatmaq olar (burada illik büdcə 100 min manatdan azca çoxdu)…

VÜSAL MAHMUDOV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-13 09:24

Azərbaycan gimnastlarından Dünya Kubokunda 4 medal

blank
Ölkə futbolu2024-05-13 09:07

Şinyaşiki: “Het-trik hər zaman diqqəti cəlb edir”

blank
Ölkə futbolu2024-05-13 08:50

Lunyov “Rostov”a gedir?

blank
Ölkə futbolu2024-05-13 08:32

“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası

blank
Ölkə futbolu2024-05-13 08:15

Musa Qurbanlının oynamamasının səbəbi

blank
Ölkə futbolu2024-05-13 08:00

“Qəbələ” avrokubok mübarizəsini qarışdırdı

blank
Dünya futbolu2024-05-13 01:50

“Atletiko”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-13 01:33

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2024-05-13 01:07

“Yuventus” autsayderlə də bacarmadı

blank
Dünya futbolu2024-05-13 00:51

“Bayer”dən darmadağın, “Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-13 00:33

“Arsenal” “Mançester Yunayted”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-13 00:06

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

blank
Digər idman növləri2024-05-12 23:25

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-12 23:06

Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

blank
Premyer-liqa2024-05-12 22:47

“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

blank
Premyer-liqa2024-05-12 22:28

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

blank
Premyer-liqa2024-05-12 22:09

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-12 21:47

“Qəbələ”də 250-ci oyun

blank
Premyer-liqa2024-05-12 21:26

“Sumqayıt” “Səbail”ə qalib gəldi

blank
Premyer-liqa2024-05-12 20:47

“Oyuna nəzarət edirdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm