Bizi izləyin

Ölkə futbolu

AFFA-nın futbol coğrafiyası: stadionlar niyə daha vacib olan yerlərdə tikilmir?

blank
blank

Təsəvvür edin, FİFA prezidenti Canni İnfantino qlobusu qarşısına qoyub dünya futbolunda yeni islahatlar həyata keçirmək istəyir. Məqsəd bu idman növünün problemlərini aradan qaldırmaqdır. Sizcə, FİFA başqanı əlini qlobusda hansı nöqtələrə qoyar?

Təbii ki, Braziliya, Böyük Britaniya, Almaniya, İtaliya və bu kimi futbol ölkələrinə daha çox diqqət ayırar və oradakı nöqsanları aradan qaldırmağa çalışar. Hər halda, futbolla yatıb-duran ölkələrin problemlərini qoyub İnfantino Çin və ya Kanadaya diqqət ayırmaz. Təbii ki, futbolun kütləviliyi üçün bunlar lazımdır. Amma problemləri həll etməkdən söhbət gedirsə, əvvəlcə oyunun populyar olduğu yerlərə diqqət ayırmaq lazımdır.  Öncə münbit torpaqlar suvarılır, daha sonra şoran torpaqlarda meliorasiya işləri aparılır.

İndi gəlin, bu söhbəti bir anlıq Azərbaycan fazasına çevirək. Yəni, AFFA rəhbərliyi ölkədə futbolu inkişaf etdirmək məqsədilə xəritəni qarşısına qoyub bölgə seçimi edir. Belə olan məqamda  barmaqlarını atlasın hansı hissəsinə qoyarlar?  Təbii ki, futbol ənənəsi olan bölgələrə.

Belədirmi? Təəssüf ki, yox. Atlasa baxıb “bəsləsən atlas olar tut yarpağından” məsəli ilə hərəkət etmək əvəzinə assosiasiya səmərəsiz işlərlə məşğul olur. Birinci futbol inkişaf etməlidir, sonra onun populyarlığını artırmaq lazımdır. AFFA isə əksini edir – futbolla nəfəs alan bölgələrdə nöqsanları aradan qaldırmaq əvəzinə, bu idman növünün populyar olmayan yerlərə gün ağlamaq qərarına gəlirlər.

Fevralın 27-də AFFA-nın rəsmi saytı vasitəsi ilə ictimaiyyətə ərz olunmuşdu:

“Tərtər şəhər stadionunun yenidən qurulması ilə bağlı AFFA tender elan edir.

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi” təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək”.

Əlbəttə, Azərbaycan bölgələri arasında ayrıseçkilik etmək niyyətində deyiilik. Bu torpağın hər qarışı bizim üçün əzizdir. Amma belə bir deyim də var ki, 5 barmağın 5-i də bir deyil. Məsələn, çeçelə barmağa şəhadət barmağının işini gördürə bilməzsən. Hər barmaq insana lazımdır. Onların hansısa birini kəsib atmaq olmaz, hərəsinin də öz funksiyası var. Bölgələrə kompleks olaraq ayrılan diqqət və qayğı da bununla ölçülməlidir. Tərtər Azərbaycanın strateji bölgələrindən biridir. Bu rayonun Azərbaycanın ictimai və siyasi həyatında nə dərəcədə böyük rol oynadığını sadalamağa ehtiyac yoxdur. Ancaq gəlin qəbul edək ki, Tərtər Azərbaycan futbolununun baş barmağı deyil. AFFA şəhadət barmağını ora tuşlamaqla böyük yanlışlığa yol verir.

Doğrudur, Tərtər şəhərində əsası 1987-ci ildə qoyulan 2 hektar ərazidə yerləşən 2500 tamaşaçı tutumuna malik stadion olub. Bu şəhərin futbol arzusunu reallaşdırmaq üçün 1993-cü ildə “Arzu” komandası da yaradılıb. Birinci dəstədə mübarizə aparan bu komandanın adı sonradan “Tərtər”ə dəyişdirilib. Qısa zaman kəsiyində qığılcım effekti verən komanda nəinki alova, heç közə çevrilmədən sönüb. Belə olan məqamda yenidən Tərtərdə stadionda yenidənqurma işləri aparmaq nə dərəcədə məntiqlidir? Bunu hansısa bir biznesmen həyata keçirirsə, bu təşəbbüsü ayaqüstə alqışlamaq lazımdır. Yox, tenderdə qalib gələn şirkətə beynəlxalq qurumlar pul ayrılacaqsa, onu həyata keçirmək israfçılıqdan başqa bir şey deyil.

Çox qəribədir, AFFA himayədarlıq etdiyi “Kəpəz”i hələ normal stadionla təmin edə bilmir. Tarixi şəhərimizdəki stadionun Gənclər və İdman Nazirliyinə tabe olduğunu bəhanə edənə qədər orada əlavə stadion tikdirmək olmazdımı? Sumqayıtda məgər bir stadion var? Eyni münasibəti “Sumqayıt”a niyə göstərmədilər? “Mehdi Hüseynzadə” təmir olunana qədər “Kapital Bank Arena”nı araya ərsəyə-gətirdilər. Gör “Kəpəz”in neçə ili yeyildi? Gəncədə niyə ikinci stadion hazır vəziyyətə gətirilmədi? Ölkənin ən böyük şəhərinə hətta ikinci komanda da yaraşardı. Mövsümün əvvəlində “Kəpəz”i Qəbələyə sürgün edib sonradan alayarımçıq stadiona qaytaran AFFA-nın başı Tərtərə necə qarışdısa, Gəncə klubu yenidən yerindən-yurdundan didərgin düşdü.

Belə baxanda, onsuz da dövlət Ağdamda “İmarət” stadionunu inşa etmək üçün nə qədər xərcə düşəcək. Tərtərdəki stadiona ayrılan pullara qənaət edib onu “Qarabağ”ın doğma şəhərindəki stadionunun inşasına sərf etmək olmazmı? Yaxud da ki, işğaldan azad olunan bölgələrimizdə belə arenaların tikintisi üçün layihə hazırlamaq daha məqsədəuyğun deyilmi?

Tutaq ki, pul o qədər cibə ağırlıq edir ki, onu xərcləməyə yer axtarırsan. Təbii ki, bu belə deyil. Yəni, artıq dünyada baş verən iqtisadi böhran bizə də mənfi təsir göstərib. Daha 5-10 il əvvəl olduğu kimi göydən başımıza şabaş kimi tökülmür. Amma yenə də “tutaq ki, bu belədir” deyib söhbəti davam etdirək. AFFA rəhbərliyi bölgələrdə futbolu inkişaf etdirmək istəyir. Hansı bölgələrdə stadion inşası üçün planlar qurmalıdır? Bu sualın üstündə çox baş sındırmağa dəyməz. 1992-ci ildə keçirilən Azərbaycanın ilk çempionatında komandaların adlarına baxırsan və konkret bu istiqamətdə planlar cızırsan: “Kür Nur” Mingəçevir, “”Şahdağ” Qusar, Ümid” Cəlilabad, “Kürmük” Qax, “Xəzər” Lənkəran, “Viləş” Masallı, “Avtomobilçi” Yevlax,  “Çıraqqala” Siyəzən, “Göyəzən” Qazax, “Plastik” Salyan, “Pambıqçı” Bərdə, “Avey” Ağstafa,  “Şirvan” Kürdəmir, “Plastik” Salyan,  “Daşqın” Zaqatala.

Şamaxının “Şirvan” komandasının adını çəkmədik ki, hazırda bu şəhərin komandası Premyer Liqada oynayır.  Bir az da irəli gəlsək, “Şəmkir”in adını çəkməli olarıq.  Necə də olmasa, iki dəfə Azərbaycan çempionu olan və hazırda tarixin yaddaşına yuvarlanan klubdan danışırıq. Həmin arenanı istifadəyə verib orada komanda yaratmaq olmazmı? Bir arxa su gəlibsə, daha bir dəfə niyə gəlmıəsin? Sizcə, Azərbaycan futboluna bundan sonra Şəmkir lazımdır, yoxsa, Tərtər. Rəhmətlik Qabilin şeirini hər dəfə təkrarladığımıza görə üzr istəyirik, amma yeri gəlib deyə, onu xatırlamamaq olmur: Yağış yağır Talışa, Muğan həsrət yağışa, Müsibət oluruq biz, Səhv düşəndə yerimiz”.

Eh, nə qoyub nə axtarırıq? Atlası qarşımıza qoyub nəsə axtarmağa ehtiyac yoxdur. Bütün bunların kiçik nümunəsini Bakıda görürük. Demirik, AFFA Bakı çempionatı yaradıb, bölgələrə diqqət ayırmır, eyni ayrıseçkiliyi paytaxtda da görürük. Bu dəqiqə Buzovnadakı “Gənclik” stadionu baxımsız vəziyyətdə olduğu vaxtda AFFA Bayılda stadion tikib “Səbail” adında azarkeşsiz komanda yaradır. Halbuki, eyni baza əsasında futbolumuza onlarla istedad bəxş edən “Xəzri”ni diriltmək olardı. “Səbail” üçün xərclənən pulu futbolla yaşayan Buzovnaya ayırmaq lazım idi.

Tərtərdəki layihə də buna oxşar bir şeydir.  Halbuki, görə-görə gəlirik ki, futbol ənənəsi olmayan bölgələrin quyusuna su tökməklə onu doldurmaq olmur. Adicə Avropa Liqasının iki dəfə qrup mərhələsinə yüksələn “Qəbələ” belə doğma şəhərində ətrafına böyük azarkeş ordusu toplaya bilməyib.  Belə olan məqamda ənənəsi olmayan yerdən nə gözləyək? Təfəkkür dəyişməlidir, stadion tikməklə futbol inkişaf etmir.

AĞA

blank
blank
blank
blank
blank
blank
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-14 19:00

AFFA və PFL-dən klubların mətbuat xidməti əməkdaşları üçün seminar

blank
Digər idman növləri2024-05-14 18:47

“Bütün matçlara yalnız qələbə üçün çıxırıq”

blank
Dünya futbolu2024-05-14 18:31

Super Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı

blank
Digər idman növləri2024-05-14 18:16

“Üçüncü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik”

blank
Digər idman növləri2024-05-14 18:00

Azərbaycan yığması Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-05-14 17:47

Azərbaycanı Rusiyada keçiriləcək yarışda 6 boksçu təmsil edəcək

blank
Digər idman növləri2024-05-14 17:32

Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib

blank
Dünya futbolu2024-05-14 17:16

Macarıstan AÇ-2024 üçün iştirak ərizəsini açıqlayan ilk ölkə oldu

blank
Dünya futbolu2024-05-14 17:00

“Mançester Yunayted”in futbolçusu komandadan ayrılacaq

blank
Dünya futbolu2024-05-14 16:43

FIFA Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi kluba transfer qadağası qoydu

blank
Digər idman növləri2024-05-14 16:25

Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib

blank
Digər idman növləri2024-05-14 16:07

Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident

blank
Ölkə futbolu2024-05-14 15:51

II Liqada 25-ci turun hakim təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-14 15:37

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçular müəyyənləşdi

blank
Dünya futbolu2024-05-14 15:20

Qrizmann xaricdə oynayan ən yaxşı fransalı futbolçu seçildi

blank
Ölkə futbolu2024-05-14 15:02

Çempionun kimliyi fərq etmir – Premyer Liqa Şamaxıya qayıdır

blank
Dünya futbolu2024-05-14 14:47

Millimizin hücumçusu Super Liqanın ilk “5-liy”ində

blank
Ölkə futbolu2024-05-14 14:32

“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir

blank
Dünya futbolu2024-05-14 14:14

UEFA-dan AÇ-2024 öncəsi yeni qərar

blank
Dünya futbolu2024-05-14 13:55

Ter Ştegen “Barselona”da ikinci oldu

blank
Dünya futbolu2024-05-14 13:38

Subimendi yayda satıla bilər

blank
Dünya futbolu2024-05-14 13:21

“Mançester Siti” və “Tottenhem”in eyni hədəfi

blank
Digər idman növləri2024-05-14 13:04

Azərbaycanın 10 boksçusu 1/4 finala yüksəldi

blank
Ölkə futbolu2024-05-14 12:49

Ehtiram Ozobiçlə münaqişəsindən danışmadı: “Futbolda bu cür hallar yaşanır”

blank
Dünya futbolu2024-05-14 12:32

Martinesin 3-cü avtoqolu

blank
Dünya futbolu2024-05-14 12:15

Kurzava da gedir

blank
Digər idman növləri2024-05-14 12:00

Çempionu məğlub edib 2-ci oldular

blank
Digər idman növləri2024-05-14 11:43

Avroliqanın rəmzi komandası elan edildi

blank
Müsahibə2024-05-14 11:28

Səbuhi Abdullazadə: “Hər şey öz əlimizdədir”

blank
Dünya futbolu2024-05-14 11:09

Qalyardo istefaya göndərilir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm