Bizi izləyin

Ölkə futbolu

AFFA-nın Vüqar Həsənli səviyyəsi

blank
blank

Hakimlikdəki bərbad durum hər keçən tur bir daha təsdiqini tapır. Məşqçilərin narazılıqları əbəs deyil və təkcə Premyer Liqanın 24-cü turuna diqqət yetirəndə deyilənlərin nə dərəcədə doğru olduğunu görmək mümkündü.

 

“Qarabağ” Qəbələdə darmadağınla qalib gəldiyindən, Elçin Məsiyevin səhvi ciddi müzakirə olunmadı. Halbuki FIFA referisi ilk yarının sonunda meydan sahiblərinin qapısına aşkar penaltini təyin etməməklə “səviyyəsini” göstərmişdi. Onun imdadına “Qəbələ”nin qapıçısının səhvləri girdi və ağdamlılar rahat qələbə qazanıb, hakimi yaddan çıxardılar. Əks halda, son dövrlər narazılığını aşkar dilə gətirən Qurban Qurbanovdan növbəti haqlı tənqidləri eşidəcəkdik.

 

Masazırdakı matçda isə şounun şahidi olduq. Azərbaycan hakimliyinin üz qarasına çevrilən Vüqar Həsənlinin qərarları AFFA-dakıların da gözünü kölgəli etdi. Avstriyalı Frits Stuxlikin üçillik fəaliyyətinin kal meyvələrindən biri olan Həsənli qumarbaz keçmişindən qalan xatirələrini hamıya sərgilədi. Bu idarəçilik qəribə, anlaşılmaz qərarlar verən referidən çox, onu belə vacib matça göndərən AFFA-nın günahıdı.

 

Səviyyəsi hamıya məlum olan, yalnız say düzəldən Vüqar hətta divizion matçları üçün yararsız biridi. Bunu Azərbaycan çempionatını izləyən hər kəs çoxdan bilir, Hakimlər Komitəsinin sədri Stuxlik isə yalnız fit çalmağı bacaran bu adamdan hakim “düzəltmək” niyyətindədi.

 

Hakim qərarları hər nə qədər “Sabah”ın əleyhinə görünsə də, Həsənlinin qərəzli olduğunu deməzdim. Sadəcə, hakimin bacarıq səviyyəsi bundan ibarətdi. “Neftçi”nin xal qazanması üçün çalışan birisi 24-cü dəqiqədə bir bəhanə tapıb meydan sahiblərinin lehinə penalti təyin etməz və ya 65-ci dəqiqədə Keysuke Hondanın təmiz qolunu hesaba alardı. Vüqar bacarıqsızlığı ilə oyunun ipini əlindən buraxdı, səhvi səhvlə yudu.

 

Onun bu idarəçiliyi bəlkə də “Neftçi”ni çempionluq yarışından uzaqlaşdırdı və ya “Sabah”ın son pillələrdən qurtulmasının qarşısını aldı. Çünki bu elə matç idi ki, normal idarəçiliklə istənilən komanda qələbə qazana bilərdi. Əvəzində Həsənli özü şou göstərdi, komandalar rəqiblə yanaşı hakimlə mübarizəyə qüvvə sərf etdi. Sonradan dördü “qırmızı”ya çevrilən 20 sarı vərəqə (!) göstərmək oyunun ruhunu hiss etməyən, şablonlarla davranan bir bacarıqsızın əl işi ola bilərdi.

 

“Neftçi”nin 7 oyunçusu həlledici mərhələdə ya növbəti oyunu buraxmaqla, ya da cəza həddinə çatmaqla cəzalandı. “Sabah”da 3 belə futbolçu var, üstəlik, daha üçü qırmızı vərəqə üzündən növbəti turlarda komandanı köməksiz qoyacaq. Bir köməkçi məşqçi qovulursa, hər iki komandanın baş məşqçisi sarı vərəqə alırsa, o da hakim ədalətsizliyinin yaratdığı psixoloji ab-havanın nəticəsidi. Vüqar məntiqsiz qərarlarıyla öncə hamını çilədən çıxardı, sonra isə vərəqələrlə alovun üzərinə benzin tökdü. Digər bənzətmə ilə desək, hamını hədəfə çevirdi, sonra isə bir-bir “dənlədi”.

 

İnsafən, “Sabah”ın oyunçuların verilən qırmızı vərəqələrin hamısı haqlı idi. Bəlkə Bəhlul Mustafazadəni bağışlamaq olardı, Filip İvanoviçlə Təmkin Xəlilzadənin hərəkətinin isə bəraəti yoxdu – ikinci sarı vərəqəni almalı idilər. Lakin bu oyunçulara verilən ilk sarı vərəqələrə baxmaq lazımdı, məsələn, Bəhlul haqlı etiraza, cərimə zərbəsinin düzgün təyin edilməməsinə üsyana görə xəbərdarlıq almışdı. Eyni zamanda oyunda elə ab-hava yaranmışdı ki, hamının əsəbləri tarıma çəkilmişdi. 16 nəfər vərəqə görürsə, deməyə başqa söz qalmır.

 

Xüsusilə “Sabah”ın oyunçularını özündən çıxaran ilk epizod matçın 36-cı dəqiqəsində yaşandı. Cərimə meydançasının kənarındakı qayda pozuntusunu Həsənli penaltiyə çevirdi. İkinci penalti də mübahisəli idi – Bəhlulun Anton Krivotsyukla hava mübarizəsi barədə birmənalı fikir bildirmək mümkün deyil, lakin ilk qərarın haqsızlığı üzündən əsəblər elə tarıma çəkilmişdi ki, hər fit şübhə doğururdu. Üstəlik, həmin anda ilk qırmızı vərəqənin göstərilməsi “Sabah”ın üzvlərinin hakimə rəqib oyunçu kimi baxmasına səbəb oldu.

 

Vüqar “Neftçi”nin də haqqını yeməyə vaxt tapdı. 65-ci dəqiqədə Hondanın vurduğu və komandasını ilk dəfə hesabda önə keçirdiyi qolu hesaba alınmadı. Halbuki passiv oyundankənar vəziyyətdə olan Mamadu Mbodjun epizoda heç bir təsiri olmamış, qapıçını yanıltmamışdı. Ancaq Həsənli “Sabah”a qarşı etdiyi səhvləri köməkçisi Vüqar Bayramovun sayəsində bu cür sığortaladı.

 

Oyundan sonra başverənlər də hakim idarəçiliyinin qaynatdığı əsəb burulğanının nəticəsiydi. Tərəflər müxtəlif oyun epizodları ilə bağlı mübahisəyə girişdi və sarı vərəqələrin sayı çoxaldı. Güman ki, hər iki komandaya cəzalar yağacaq, səbəbkar olan Vüqar Həsənli isə canını bir neçə tur təyinat almamaqla qurtaracaq.

 

Göründüyü kimi, yerində olmayan, futbolda təsadüflər və yarıtmaz idarəçilik sayəsində peyda olan bir hakimin sayəsində xoşagəlməz olaylar meydana gəldi. Gözəl futbol vəd edən matçın zay edilməsi bir yana, komandaların, oyunçuların haqqı yeyildi. İndi klublar maddi cəzaya məruz qalacaq, AFFA-nın büdcəsi bacarıqsız kadrları sayəsində yaranmış olaya görə cərimələrlə zənginləşəcək. Hər iki komanda əsəb gərginliyindən, oyunçu itkiləri üzündən növbəti turlarda yenə büdrəyəcək. Bu isə nəinki bir oyunun, hətta mövsümün nəticələrinə təsir etmək demək olacaq.

 

Böyük hakimlik məktəbi olan, həmişə məhz bununla öyünən Azərbaycanda indi fit sahibləri müzakirə obyektidi. 3 il ərzində milyon manatdan çox vəsaiti cibinə qoyan avstriyalı Frits Stuxlikin futbolumuza verdiyi töhfə bundan ibarətdi. Dünənki oyun AFFA-dakıların əcnəbi sevgisinin mükafatıydı. Yeni istedadlar yetişdirmək, hakimlərin səviyyəsini yüksəltmək vədiylə gətirilən Hakimlər Komitəsinin sədri əksinə, Tofiq Bəhramov, Eldar Əzimzadə səviyyəsini Vüqar Həsənli səviyyəsinədək endirib.

 

Premyer Liqada iştirakçı sayını 8 komandayadək azaldan, divizionu uşaq çempionatına döndərən, milli komandaları hətta “cırtdanlar” üçün qapazaltıya çevirən, uşaq futbolunu məhv edən, bölgələri xəritədən silən AFFA rəhbərliyi, hakimlikdə də ən rəzil vəziyyəti yaratdız, qolunuza qüvvət!

 

AĞA

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
AÇ-20242024-06-16 01:44

İtaliya – Albaniya oyununun ən yaxşı futbolçusu müəyyənləşdi

blank
AÇ-20242024-06-16 01:31

Albaniyalı futbolçu Avropa çempionatları tarixinin ən erkən qolunu vurdu

blank
AÇ-20242024-06-16 01:00

İtaliya yığması da qələbə ilə başladı

blank
Digər idman növləri2024-06-16 00:32

Azərbaycan millisini yarımfinala buraxmadılar

blank
AÇ-20242024-06-15 23:53

İspaniya – Xorvatiya matçının ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Dünya futbolu2024-06-15 23:40

“Milan” onu “Atalanta”ya satdı

blank
Ölkə futbolu2024-06-15 22:54

Azərbaycan millisinin sabiq üzvü karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-06-15 22:37

“Şamaxı”dan növbəti transfer

blank
AÇ-20242024-06-15 22:15

Avropa çempionatı tarixinin ən gənc oyunçusu

blank
AÇ-20242024-06-15 22:00

İspaniya yığması AÇ-2024-ə darmadağınla başladı

blank
Dünya futbolu2024-06-15 21:23

Premyer Liqa klubunda yeni baş məşqçi

blank
AÇ-20242024-06-15 20:16

Macarıstan – İsveçrə görüşünün ən yaxşı futbolçusu açıqlandı

blank
I Liqa2024-06-15 19:31

Yeni mövsüm Azərbaycan I Liqasında iştirak edəcək növbəti klub müəyyənləşdi

blank
AÇ-20242024-06-15 19:00

İsveçrə yığması Macarıstana qalib gəldi

blank
Ölkə futbolu2024-06-15 18:41

“Kəpəz”dən ayrılan futbolçu “Zirə”də

blank
Ölkə futbolu2024-06-15 18:15

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Ölkə futbolu2024-06-15 18:10

“Şamaxı” sabiq futbolçusu ilə müqavilə bağladı

blank
Ölkə futbolu2024-06-15 17:30

“Qəbələ”də daha bir ayrılıq

blank
Ölkə futbolu2024-06-15 16:29

“Kəpəz” iki legioneri ilə vidalaşdı

blank
Dünya futbolu2024-06-15 15:46

Millinin qapıçısı 26 yaşında vəfat etdi

blank
AÇ-20242024-06-15 15:15

Almaniya millisindən tarixi uğur

blank
Digər idman növləri2024-06-15 14:50

Əbilova Avropa birinciliyində gümüş medal qazandı

blank
Digər idman növləri2024-06-15 14:11

Sahil Babayev Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüb

blank
Dünya futbolu2024-06-15 13:47

“Trabzonspor” sabiq hücumçusu ilə gücləndi

blank
Ölkə futbolu2024-06-15 13:19

Azərbaycan klubu “sükan”ı türkiyəli məşqçiyə tapşırdı

blank
Ölkə futbolu2024-06-15 12:58

AFFA U-13 Liqasının qalibləri mükafatlandırıldılar

blank
Milli komanda2024-06-15 12:17

“Renatı yenidən icarəyə verməyi düşünmürük”

blank
Digər idman növləri2024-06-15 11:42

Millimiz Fransadakı turnirdə növbəti oyununa çıxacaq

blank
Dünya futbolu2024-06-15 11:03

Virtsdən iki rekord

blank
Dünya futbolu2024-06-15 10:29

AVRO-2024-də daha 3 oyun

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm