Ölkə futbolu
AFFA “Qəbələ”yə yeni sponsor axtarır – ilk görüş baş tutdu
AFFA-nın baş katibi Sərxan Hacıyev və Futbol İnkişaf Fondunun (FİF) rəhbəri Tural Piriyev Qəbələyə səfər edib. Onlar ötən turun bu şəhərdə keçirilən “Kəpəz” – “Turan” matçını canlı izləyib.
Futbolinfo.az xəbər verir ki, qurum rəsmlərinin səfərdə məqsədi təkcə Premyer Liqa matçını izləmək olmayıb. Onlar Qəbələ İcra Hakimiyyətinin başçısı ilə görüşüb. Eyniadlı futbol klubunun prezidenti Fariz Nəcəfovun da qatıldığı görüşdə başladılacaq yeni layihə müzakirə olunub.
AFFA hələlik rəsmən elan etməsə də, əldə etdiyimiz bilgiyə görə, FİF Tovuz və Gəncənin ardınca bu bölgədə də eyni layihəyə start vermək istəyir. Qərb bölgəsində yerli klublara – “Turan Tovuz” və “Kəpəz”ə avtobus alınması niyyəti ilə başlayan proses sonradan genişləndi. Belə ki, hazırda “Huner Group” tovuzluları himayəyə götürüb, Gəncə təmsilçisinin yeni sponsorunun adı isə yayda açıqlanacaq.
“Qəbələ”də vəziyyət fərqlidir. Burada klubun avtobusa ehtiyacı yoxdur, hər şərait, hətta akademiya da var. Lakin akademiyanın fəaliyyətinin genişləndirilməsi, hər cür infrastruktura malik klubun böyüdülməsi, daha iddialı olması üçün yeni maliyyə qaynaqlarına ehtiyacı var. AFFA rəsmilərinin səfəri də məhz buna hesablanıb, razılıq əldə olunub, tezliklə FİF-in layihəsinin başladıldığı haqda rəsmi açıqlama veriləcək.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var