Digər idman növləri
AFFA regionlarda fəaliyyət göstərən məşqçilər üçün seminar keçirib
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
AFFA tərəfindən UEFA-nın Elit-məşq layihəsinin regionlarda fəaliyyət göstərən məşqçiləri üçün seminar keçirilib.
Futbolinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan seminara Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov başçılıq edib.
Sloveniya millisinin sabiq futbolçusu Milenko Açimoviç ilk iki gündə UEFA nümayəndəsi kimi təlim-məşq toplanışında iştirak edib. O, Y.Hüseynovla birlikdə regionlardan gələn məşqçilərlə Azərbaycan futbolunun gələcək inkişafı haqqında müzakirə aparıb. M.Açimoviç UEFA-nın gələcəkdə Azərbaycanda keçirilən Elit-məşq layihəsinə dəstək verməkdə davam edəcəyini bildirib.
Elit-məşqin son günündə layihədə iştirak edən futbolçular arasında ikitərəfli oyun keçirilib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)