Ölkə futbolu
AFFA Ruslan Abışovu təltif etdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurmuş Ruslan Abışov AFFA tərəfindən təltif edilib.
Futbolinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, veteran futbolçu İsveçlə oyundan öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi.
AFFA-nın baş katibi Sərxan Hacıyev milli komandamızın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)