Premyer-liqa
AFFA təsdiqlədi: Quliyevlə Salmanov yoxdu, meydan Sultaniyə qaldı
AFFA təsdiqləməsə də, faktlar hər şeyi deyir. Həqiqətən də Anar Salmanovla Babək Quliyev Hakimlər Komitəsinin sədri Frits Stuxlikin imtahanından keçə bilməyib.
“Futbolinfo”nun yazdığı xəbəri məhz açıqlanan təyinatlar təsdiqləyir. Premyer Liqanın XVI turunun heç bir oyununa sabiq FIFA referiləri hakim-inspektor kimi təyinat almayıb. 15-ci turda iş başında olan Ömər Paşayev, İmanxan Sultani, Fariz Yusifov və Ramil Diniyev yenə siyahıdadı. Onlardan ikisi yenidən elita komandalarının duelində, digər ikisi isə divizionda hakimlərin işinə qiymət verəcək.
Maraqlıdı ki, hakim-inspektor qıtlığı üzündən Sultani həm Premyer Liqada və divizionda iş başında olacaq. O, fevralın 6 və 8-ə təyinat alıb. Bu isə kadr çatışmazlığına işarədi. Ümid edirik, heç olmasa, indi AFFA cütlüyün imtahandan kəsildiyini rəsmən bəyan edər və ya Salmanovla Quliyev bu barədə açıqlama vermək məcburiyyəti hiss edər.