Bizi izləyin

Müsahibə

Afriko çətinlik yaşayıb: “Azərbaycan da Avropadan geri qalmayıb”

blank
blank

“Qəbələ”nin braziliyalı müdafiəçisi Lukas Afriko Portuqaliya mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, vaxtilə oynadığı ölkə barədə müsbət fikirlər səsləndirən 28 yaşlı futbolçu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” önündə şanslarını da dəyərləndirib.

– Portuqaliyada soyuqdan şikayətlənirik, Qəbələdə axşam saat 5-də neçə dərəcə var?

– Mənfi bir dərəcə soyuq olur.

– Düşünürəm ki, bu, ən böyük problemlərdən biri olub. Bu təcrübədə başqa nə ilə qarşılaşdınız?

– Bəli, soyuq onlardan biridir. Amma sosial həyat da belədir. Portuqaliyada olmaq asan idi. Braziliyaya bənzəyir, eyni dili paylaşırıq, insanlar arasında əlaqələr yaratmaq asandır. Azərbaycanda mədəniyyət fərqlidir, müəyyən çətinliklər yaşadım. Amma burada oynayan və qaldığım evə yaxın olan bəzi braziliyalılarla tanış olmağım bir az işimi asanlaşdırdı. Yeni təcrübədən həzz alıram və bundan maksimum yararlanmaq istəyirəm.

– Ən çox nədən ötrü darıxırsan?

– Sosial həyatım, dostlarla daha yaxın olmaq, qısa səfərlərə imkan verən bir yerdə olmaqdan ötrü. Futbol bir az fərqlidir, lakin həm də çox standartlaşdırılıb. Burada rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirdi, yaxşı komandalar və oyunçular var. Beş il Portuqaliyada keçirdim, Avropa futboluna öyrəşmişəm. Azərbaycan da geri qalmayıb, bura da yaxşıdır.

– Klesio Baukla birlikdə çıxış edəcəksiniz…

– O, hələ Afrika Millətlər Kubokunda mübarizə aparır.

– Səyahətinizdən bir az danışın.

– Portuqaliyaya qədər Braziliyada oynadım, San-Pauloda hazırlaşdım, “Korintians”la 20 yaşadək komandalar arasında çempion oldum, “Santos”da 23 yaşadək futbolçulardan ibarət komandada yer aldım. 2018-ci ildə “Maritimu”ya getdim. Təklifi alanda heç düşünmədim. Arzum Avropada oynamaq idi və birbaşa Madeyraya getdim. Əvvəlcə təəccübləndim, nə dediklərini başa düşmədim. Amma bu, gözəl təcrübə idi. 2018-19 mövsümündə “Maritimu”da oynadım, növbəti mövsüm “Eştoril”ə icarəyə verildim. “Eştoril”də də gözəl vaxt keçirdim. Komanda əla idi, amma diz zədəsi səbəbindən 10 ay oynamadım.

– “Qəbələ”də “Braqa”nın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la iki dəfə üz-üzə gəlmisiniz, hətta qol da vurmusunuz…

– Bəli, vurmuşam. “Qarabağ” Azərbaycanın ən böyük komandasıdır. Çox yaxşı oyunçular var, bəziləri Juninyo, Riçard Almeyda kimi Portuqaliyada oynayıb. Onlar “Braqa”nı yaxşı tanıyırlar. Bir-birinə yaxın gücdə, iki bacarıqlı komandanın dueli olacaq.

– “Qarabağ”ın güclü tərəfləri nələrdir?

– Onların yaxşı baş məşqçisi var, keçidlərdə çox sürətlidirlər. Çox adamla hücuma keçirlər. Həm də müdafiə olunmağı bacarırlar və aqressivdirlər.

– Portuqaliya liqasında oynamış futbolçularla bu barədə danışırsınız?

– Bəli, danışıram, Juninyo və Riçardla möhkəm dostluğum var, bir neçə dəfə görüşdük, nahar etdik. “Braqa” ilə oynayacaqlarını biləndə çox sevindilər. Çətinliklərlə qarşılaşacaqlarının fərqindədirlər, lakin Portuqaliya həmişə xoş xatirələr gətirir.

– Nəvaxta qədər müqaviləniz var?

– İyuna qədər. Daha bir il uzatmaq olar.

– Portuqaliyaya qayıtmaq istərdiniz?

– Gələcəkdə yenidən Portuqaliyaya qayıtmağa hazır olacağam. Ora böyük sevgim var.

ABBAS hazırladı

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2024-07-12 12:03

Millimizin seblərlə oyununun stadionu müəyyənləşdi

blank
Digər idman növləri2024-07-12 11:49

Rumıniyada Portuqaliyaya qarşı ilk oyun

blank
Digər idman növləri2024-07-12 11:34

Avroliqanın qalibi litvalı basketbolçu ilə müqaviləni uzatdı

blank
Digər idman növləri2024-07-12 11:17

Karlsenin anası vəfat etdi

blank
Dünya futbolu2024-07-12 11:02

Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir

blank
Dünya futbolu2024-07-12 10:47

Beste “Benfika”da

blank
Ölkə futbolu2024-07-12 10:32

“Kəpəz”də yeni müqavilə

blank
Milli komanda2024-07-12 10:17

Millimizin növbəti sınağı

blank
Digər2024-07-12 10:00

MİSLİ ilə qazan!

blank
Ölkə futbolu2024-07-12 09:50

Yeni mövsümün ilk xalları

blank
Ölkə futbolu2024-07-12 09:40

İcraiyyə Komitəsində müzakirə günü

blank
Müsahibə2024-07-12 09:22

Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”

blank
Ölkə futbolu2024-07-12 09:07

Rəqibimiz bir futbolçusunu itirdi

blank
Ölkə futbolu2024-07-12 08:50

“Kadinin dönüşü alınsaydı, daha yaxşı olardı”

blank
Ölkə futbolu2024-07-12 08:35

“Sabah”ın rəqibində növbəti ayrılıq

blank
Ölkə futbolu2024-07-12 08:17

“Səbail”dən ayrıldı, 3-cü klubuna keçdi

blank
Ölkə futbolu2024-07-12 08:00

Eyforiyaya qapılmadan

blank
Ölkə futbolu2024-07-12 02:09

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Dünya futbolu2024-07-12 01:44

Konfrans Liqası: Gürcüstan klublarından uğursuz nəticə

blank
Dünya futbolu2024-07-12 01:20

Avroliqada ilk oyunlara yekun vuruldu

blank
Ölkə futbolu2024-07-12 00:07

“Sumqayıt”ın rəqibi yoxlama matçında darmadağına sevindi

blank
Ölkə futbolu2024-07-11 23:46

“Bu, bizdə uğurlu alındı” – Rəşad Sadıqov

blank
Ölkə futbolu2024-07-11 23:37

“Zirə” sadə bir vəziyyətdə qapımıza yol tapdı” – “Şerif”in baş məşqçisi

blank
Ölkə futbolu2024-07-11 22:57

“Zirə” “Şerif”ə səfərdə qalib gəldi

blank
Dünya futbolu2024-07-11 22:44

Türkiyə Super Kubokunun keçiriləcəyi tarix və məkan açıqlandı

blank
Dünya futbolu2024-07-11 22:30

Super Liqada yeni mövsümün püşkü atıldı

blank
Ölkə futbolu2024-07-11 21:12

Azərbaycan güləşçiləri Avropa çempionatlarında 80 medal qazanıblar

blank
Ölkə futbolu2024-07-11 20:57

Azarkeşlərdən “Neftçi” rəhbərliyinə haqlı xəbərdarlıq – kluba hörmətsizlik unudulmamalıdır!

blank
Ölkə futbolu2024-07-11 20:47

“Qarabağ”ın müdafiəçisi: “Komandamızın daxilində əla əhval-ruhiyyə var”

blank
Ölkə futbolu2024-07-11 20:32

“Qarabağ”ın yoxlama görüşlərindəki növbəti rəqibləri bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm