Müsahibə
Aleksey İsayev: “Müəyyən oyunlarda səhvlərə yol verməsəydik…”
“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev futbolinfo.az saytına müsahibə verib. Son turda “Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyasına son qoyan komandanın üzvü matçı şərh edib, eləcə də gələcək planlarından danışıb.
– Oyun çox maraqlı keçdi. Hər iki komandanın qol imkanları oldu, biz daha yaxşı dəyərləndirdik. “Qarabağ”a uğurlar diləyirəm. Bu komandada çoxlu dostlarım var. Onların hər birinə hörmətlə yanaşıram.
– Bu oyunda çoxlu qol epizodu oldu, maraqlı matç alındı. Razısan ki, Premyer Liqada belə matçlar çox az olur?
– Bəli, dediyim kimi, matçda çoxlu qol epizodları oldu. Fikrimcə, azarkeşlər baxımlı oyunun şahidi oldular. Çox istərdim ki, çempionatda bu cür oyunların sayı çox olsun.
– “Sabah” tarixində ilk dəfə “Qarabağ” üzərində qalibiyyətə sevindi. Bu, sənin üçün də xüsusi əhəmiyyət daşıyırmı?
– “Qarabağ” kimi güclü rəqib üzərində qələbə qazandığımıza görə çox şadam. Düşünürəm ki, bu qələbə klub üçün irəli doğru daha bir addımdır. Oyundan-oyuna daha da artırmaq üçün əlimizdən gələni edirik.
– Masazır təmsilçisinin liderlərindənsən. Düşünürsən ki, “Sabah” bu mövsüm belə oyunla daha yaxşı nəticə qazana bilərdi?
– Əgər müəyyən oyunlarda səhvlərə yol verməsəydik, hər şey ola bilərdi. Lakin artıq bu oyunlar geridə qalıb. Ona görə bu barədə danışmağa dəyməz. İndi yalnız hər növbəti matça köklənməliyik.
– “Sabah” bu il “Qarabağ”dan sonra iddialı komandalardan ən çox xal alan komandadır, amma zəif komandalarla matçlarda daha çox xallar itirmisiz. Kubokda hətta autsayder “Səbail”ə uduzmusuz. Səncə, motivasiya problemi olub?
– Baş məşqçimizin dediyi kimi, bu, motivasiya ilə bağlıdır.
– Növbəti turda uzaq Tovuz səfərinə yollanırsız. Oradan qələbə ilə qayıda biləcəksiz?
– Biz həmişə meydana 3 xal üçün çıxırıq. Bu dəfə də istisna olmayacaq. Çətin oyun olacaq. Lakin Tovuza yalnız qələbə qazanmaq üçün yollanırıq.
FƏRİD
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”