Dünya futbolu
Almaniya yığmasında baş məşqçi ilə bağlı qərar verildi
Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Hansi Fliklə yollarını ayırmaq fikrində deyil.
Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Bernd Neuendorf məlumat verib.
O, 57 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini vurğulayıb: “AÇ-2024-ün bizim üçün böyük fürsət olacağı ilə razılaşdıq. Məqsədimiz həmin turnirdə uğura nail olmaqdır. Hansi Flik və onun məşqçi heyətinin bu işdə uğur qazanacağına inanırıq”.
Xatırladaq ki, Almaniya yığması Hansi Flikin rəhbərliyi altında DÇ-2022-də qrupdan çıxa bilməyib. Almaniyalı mütəxəssis 2021-ci ildən çalışdırdığı yığmanı indiyə qədər 19 oyuna çıxarıb. Bundestim bu görüşlərdən 11-də qələbə qazanıb, 6 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”