Dünya futbolu
Ançelotti ehtiyatlı, Lempard ümidlidir
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Çelsi”yə 2:0 hesabı ilə qalib gəldikləri ilk oyunu şərh edib. O, qarşıda cavab matçının olduğunu xatırladıb:
“Unutmayın ki, “Çelsi” yaxşı oyunçuları olan güclü komandadır. Qarşılaşmadan 2:0 hesabı ilə qalib gəldik və üstünlüyə malikik. Amma hələ heç nə bitməyib. “Stemford Bric”də mübarizə aparmalıyıq. Bu, Çempionlar Liqasının 1/4 finalıdır. Biz növbəti oyuna hazır olmalıyıq. Mən futbolu çox yaxşı bilirəm. Futbolçularım başa düşürlər ki, qarşıda hələ 90 dəqiqə oyun var. Çətin olacaq”.
Aprelin 18-də baş tutacaq cavab oyunu üçün “Çelsi”nin baş məşqçisi Frank Lempard da ümidlidir:
“Mən 10 oyunçumla fəxr edirəm. Standartı əldən verdiyimiz üçün məyus olduq. Ancaq 10 nəfərlə oynadığımız zaman belə rəqibin bizi parçalaya bildiyini düşünmürəm. Bu, bizim xarakterimizdən irəli gəlir. Joao Feliks, Rahim Sterlinq və Meyson Mauntun qol imkanları var idi. Bu matçda yaxşı şeylər də oldu, amma nəticə reallıqdır. “Stemford Bridc”də xüsusi hadisələr baş verir. Ona görə də növbəti mərhələyə keçəcəyimizə inanmalıyıq. “Çelsi” də “Real” qədər yaxşı komandadır. Amma özümüzə inamımız yoxdur. Futbolçular nə qədər yaxşı olduqlarının fərqində deyillər. Gələn həftə böyük döyüş olacaq. Biz daha pozitiv olmalıyıq”.
Qeyd edək ki, sözügedən oyunda 59-cu dəqiqədə Ben Çiluellin qırmızı vərəqə almasından sonra London təmsilçisi 10 nəfərlə qalıb.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-13 09:41
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu