Dünya futbolu
Ançelotti Titeyə xələf ola bilər
Braziliya Futbol Federasiyası milli komandaya təcrübəli baş məşqçi axtarır. Titenin istefaya göndərilməsindən sonra cənubi amerikalılar, ilk dəfə avropalı mütəxəssislə yola davam etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, Karlo Ançelotti və Xosep Qvardiola Titeyə xələf olmağa əsas namizədlər sayılır. “Mançester Siti”nin ispan çalışdırıcısı klubda qalmağa həvəslidisə, Madriddə vəziyyət dəyişə bilər. Çünki Ançelotti Braziliyadan gələn təklifə biganə deyil.
İtaliyalı məşqçi təklifə isti münasibət göstərib. O, “Real”la 2023-cü ilin yayında bitəcək müqaviləsini yeniləməkdə maraqlıdır. Lakin qəfil çıxan bu variantdan sonra Karlo özünü yığmada sınamaq istəyir.
Braziliyanın seçimini Ançelotti üzərində etməsində “Real”da oynayan cənubi amerikalıların böyük rolu var. Militao, Rodriqo, Vinisius məhz italiyalının sayəsində xeyli inkişaf ediblər.