Dünya futbolu
Antirekordu təkrarlayan “Bayern” üçün uğursuz statistika
“Bayern” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında “Mançester Siti”yə səfərdə 0:3 hesabıyla uduzub.
Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi bununla da İngiltərədə ən böyükhesablı məğlubiyyət antirekordunu təkrarlayıb.
Münhenlilər ilk dəfə 1971-ci ildə Yarmarkalar Kubokunun 1/4 finalında “Liverpul”a eyni hesabla uduzmuşdular.
“Bayern” həm də 2017-ci ildən bəri ilk dəfə avrokuboklarda 3 cavabsız qolla məğlub olub. Altı il əvvəl almanlar Fransa klubu PSJ-yə 0:3 hesabı ilə uduzmuşdular.
Xatırladaq ki, “Bayern”lə “Mançester Siti” arasındakı cavab qarşılaşması Almaniyada baş tutacaq. Lakin Münhen təmsilçisi tarixi ərzində heç vaxt avrokubokların ilk matçındakı 3 top fərqli məğlubiyyətdən sonra cavab qarşılaşmasında geridönüş edə bilməyib.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları