Ölkə futbolu
Araz Abdullayev daha bir həmyerlimizi yanına apardı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycanlı futbolçu Elvin Yunuszadənin Kosovo klubu “Fuşe Kosovo” klubuna keçib. Bu barədə futbolinfo.az-a müdafiəçi özü məlumat verib.
Təcrübəli futbolçu qeyd edib ki, bu gün yeni komandasına qoşulacaq: “Artıq hər şeyi razılaşmışıq. Hazırda özüm də İstanbuldayam. Komandamız da bu gün, ya da sabah hazırlıq üçün Antalyaya gələcək. Böyük ehtimalla orda komandamın düşərgəsinə qoşulacam”.
Yunuszadə Kosovo təmsilçisi ilə 6 ay + 1 illik müqavilə imzalayacağını da açıqlayıb: “6 ay sonra istəsəm, orada qalacam, istəməsəm, ayrılacam”.
31 yaşlı oyunçu Kosovanın “Lapi” klubunda çıxış edən sabiq komanda yoldaşı Araz Abdullayevlə məsləhətləşdiyini də bildirib: “İlk onunla danışdım. O da dedi ki, yaxşıdır, oynamaq üçün, təkan üçün yaxşı yerdir. Araz bildirdi ki, 6 ay oynayıb, sonra daha yaxşı liqalara getmək olar”.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Ölkə futbolu2024-07-13 00:40
“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”
- Dünya futbolu2024-07-13 09:30
Ronaldoya yeni müqavilə təklifi