Bizi izləyin

Ölkə futbolu

“Araz-Naxçıvan”ın gözlənilən enişi, fürsəti qaçıran tovuzlular

blank
blank

Hakimlikdən şikayətlənən Azər Bağırovu haqsız saymaq olmur. Konkret epizodlar var ki, “Araz-Naxçıvan”a qarşı səhvləri görmək olur. Lakin sırf dünənki oyunda komandanın məğlubiyyətinin səbəbi rəqibdən zəif oynaması idi.

Muxtar Respublika təmsilçisinin indiki aqibətlə üzləşəcəyi gözlənilən idi. Uzun fasilədən sonra Premyer Liqaya qayıdan komandanın vəzifəsi burada yerini qorumaqdır. Mövsümün ilk yarısındakı uğurlu çıxış rəqiblərin özünün sabit oynamamasının, “Araz-Naxçıvan”a ciddi yanaşmamasının nəticəsi idi. Üstəlik, heyət yaxşı yığılmışdı və qələbələr sıralandı. Həlledici məqam çatanda oyunçu sayının azlığı üzündən rəqabətssizliyin gətirdyi geriləmə özünü nəticələrdə göstərdi.

Hazırda naxçıvanlılar autsayderlər qrupunun lap yaxınlığındadır. “Kəpəz”lə 5 xallıq məsafədə dayanan “Araz-Naxçıvan” avrokuboka vəsiqə iddiasından əl çəkmək üzrədir. Əvəzində “Sabah” 5-ci pilləyə yüksəldi. Yaxşı oyun, layiqli qələbə buna imkan yaratdı. Amma “bayquşlar” sabitliyə nail olmayınca belə yerdəyişmələr çox olacaq.

“Turan Tovuz” da ilk “beşliy”ə düşə bilərdi. Ancaq qərblilər əlinə düşən gözəl fürsəti boşa verdi. Məğlubiyyətsiz seriyanın davam etməsi, Zirədə qazanılan xal qərblilər üçün uğur sayıla bilər. Oyunun gedişini, yaranmış situasiyanı nəzərə alsaq, Ayxan Abbasovun yetirmələri dünən vacib iki xal itirdi.

Hər şey qonaqlar üçün əla başlamışdı. Qəsəbə təmsilçisinin heyətlə bağlı itkiləri azmış kimi, hələ fasiləyədək daha iki əsas heyət üzvü zədə üzündən əvəzləndi. “Turan Tovuz” fürsətdən istifadə edərək hesabı açdı, ardınca meydan sahibləri azlıqda qaldı. Oyunu əks-hücumda quran qərblilər qalan vaxtda ən yaxşı bacardığı işi görüb sürətli həmlələrlə qol sayını artırmalıydı. Lakin yaxşı müdafiəsi ilə seçilən “Zirə” buna imkan vermədi, əvəzində cavab qolunu da vurdu.

İnsaf naminə, “Turan Tovuz” dünən “Zirə”ni heç kimin bacarmadığı qədər narahat etdi. Qəsəbə təmsilçisi indiyədək heç kimə bu qədər qol şansı verməmişdi. Qərblilərin inamlı oyununun nəticəsiz qalmasının səbəbi rəqib qapıçı idi. Ardıcıl seyvlər zirəli futbolçuları ruhlandırdı və onlar oyunu bərabərləşdirməyi bacardılar. 10 nəfərlə xal qazanmaq bəlkə də qələbəyə bərabər sayılmalıdır.

O da var ki, bu xalı meydan sahiblərinə Şəhriyar Əliyevin uşaq səhvi qazandırdı. “Turan Tovuz” qolu rəqibə hansısa epizod verməklə deyil, kapitanın yersiz hərəkəti üzündən bağışladı. Bu mövsüm azı 8-9 xalı Şəhriyarın fərdi səhvlərindən sonra itirən qonaqlar yenə eyni aqibəti yaşadı.

Cari mövsümdə oyunun ilk 10 dəqiqəsində 4, son 10 dəqiqəsundə 6 qol vuran qərblilər, erkən fərqlənmə ənənəsinə sadiq qalsa da, oyunun sonlarında bunu bacarmadı. Və yekunda tərəflər xal bölüb aralarındakı fərqi qorudu. “Zirə” ilk “dördlük”də qalmaq üçün mübarizəyə davam edir, tovuzlularsa, autsayderlər qrupundan uzaqlaşıb imkn daxilində yuxarı sıralarda qalmağa çalışır.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm