Bizi izləyin

Müsahibə

Arif Əsədov: “Bütün yerli mütəxəssislər kimi, mən də millini çalışdırmağı arzulayıram”

blank
blank

Azərbaycan millisinin məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi

– Avro-2024-ün seçmə mərhələsini yığmamız üçün necə dəyərləndirərdiniz?

– Təbii ki, güclü qrupa düşmüşdük. Belçika, Avstriya və İsveç favoritlər idi. İlk iki yer uğrunda bu komandaların mübarizə aparması daha real görünürdü. Biz də onlara qarşı yaxşı oyun sərgiləyib, xallar qazanmaq istəyirdik. Minimum məqsəd isə Estoniyanı qabaqlamaq idi. Bunu uğur kimi qələmə vermək fikrində deyiləm. Sadəcə, reallığı söylədim. Yaxşı və pis oyunlarımız oldu, hər birinin öz səbəbləri var idi. Azlıqda çıxış etdiyimiz matçlar oldu. Bəzi qarşılaşmalara zədə səbəbindən tam heyətlə çıxa bilmədik. Bunların da müəyyən təsiri oldu.

– Hansı oyundakı məğlubiyyətə və xal itkisinə daha çox üzüldünüz?

– Qrupdakı ilk görüşlər bizim üçün üzücü oldu. Avstriya və İsveçlə matçların birinci hissəsindəki mübarizəmiz böyükhesablı məğlubiyyətdən xəbər vermirdi. Sadəcə, fərdi səhvlərdən buraxdığımız qollar sonda böyük fərqli məğlubiyyətlərə yol açdı. Yəni həmin görüşlərdə 1:4 və 0:5 hesabı ilə uduzmaya bilərdik. Estoniya ilə Bakıda heç-heçə etməklə iki xal itirdik. Səhv etmirəmsə, oyun iyuna təsadüf etmişdi. Bizdə çempionat bitdiyindən, yalnız kubokun finalçıları hazırlıqlarını davam etdirirdilər. Digər klublar istirahətdə idi. Futbolçularda həm yorğunluq var idi, həm də istirahətə yollanmışdılar. O anlarda psixoloji baxımdan hamısı istirahət barədə düşünürdü. Çünki avrokubokda iştirak edən klubların oyunçularına qısa müddət də olsa, istirahət lazım idi. Avstriyaya qarşı evdə yaxşı çıxış etmişdik. Son dəqiqələrdə qol vurmağa da yaxın olduq. Həmin matçın ədalətli nəticəsi heç-heçə olardı. Estoniya və Avstriya ilə həmin oyunlarda bunları edə bilsəydik, indi 7 yox, 10 xalımız ola bilərdi. Belçika ilə son qarşılaşmada böyük hesabla uduzmağımız üzücü oldu. Bunun da müəyyən səbəbləri var. Belçika kimi rəqibə qarşı 70 dəqiqə 10 nəfərlə oynamaq asan deyil. Üstəlik, bir neçə gün əvvəl də İsveç önündə 30 dəqiqəni azlıqda keçirdik. Bu amillər futbolçulara fiziki baxımdan təsir edir. Eyni zamanda, Bəhlul Mustafazadə və Ramil Şeydayev kimi iki aparıcı oyunçu yox idi. Nəzərə alaq ki, oyunçu baxımından elə geniş heyətimiz yoxdur. Hər mövqedə itki bizim üçün çox ciddi sayılır.

– Baş məşqçi Canni de Byazinin millidən ayrılmasını necə qarşıladınız?

– Açığı, onun gedişinə üzüldüm. Çünki üç ilə yaxın bir yerdə çalışdıq, bir-birimizi çox yaxşı anlayırdıq. Fikirlərimiz bəzən üst-üstə düşmürdü. Amma sonda komandanın xeyrinə hansı qərar düzgün idisə, onu verirdik. Təbii ki, səhvsiz insan olmur. Hər birimiz haradasa səhvə yol verə bilərik. Görülən işi analiz etsək, gəldiyi ilk günlə müqayisədə son vaxtlar komandada yaxşı dinamika var idi. Vəziyyət yaxşıdan pisə doğru getmirdi, əksi idi. Bilirəm ki, o da nəticə baxımından çox “yanırdı”. İşinin davamını gətirmək istəyirdi. Son anda belə qərar verməyinin səbəbini bilmirəm.

– Yəqin ki, onunla söhbətlər edirdiniz. De Byazi əvvəlcədən getməyi qərarlaşdırmışdı?

– Mənim üçün gözlənilməz oldu. Albaniya millisindəki fəaliyyətini müzakirə edəndə necə yol qət etdiyini deyirdi. Albaniyada iki il komanda formalaşdırdığını bildirdi. Hətta xaricdən Albaniya əsilli oyunçular axtarırdı. Bunun bəhrəsini 5-ci ilində görmüşdü. Azərbaycan millisində də eyni uğura imza atmağı çox istəyirdi. Ancaq etiraf edək ki, belə qrupdan çıxmaq möcüzə olardı. Əlbəttə, demirəm ki, təslim olmalı idik. Sadəcə, futbolun reallığından qaçmaq olmaz.

– Bəlkə Belçika ilə matçdan sonra azərbaycanlı jurnalistlər barədə fikirləri getməyinə səbəb oldu?

– Məncə, ən böyük səbəblərdən biri də bu oldu. İstənilən halda, bu sözlərə bəraət qazandırmaq olmaz. Yolverilməz addımdır. Bilirsiniz, məşqçilər uduzduqları oyundan sonra emosional olurlar. Dünya praktikasında bu var, tez-tez belə hallara rast gəlinir. De Byazi isə etiraf etdi ki, bu sözləri ümumi şəkildə deməyib, yəni bütün jurnalistlərə şamil etməyib. Sadəcə, sual verilən zaman aqressivləşib. Ümumiyyətlə, jurnalistlərlə məşqçilər sıx əlaqədə olurlar. Hər sahədə olduğu kimi, futbolda da bunlar bir-birinə bağlıdır. Hər kəsə hörmətlə yanaşmaq lazımdır.

– İsveçlə Bakıdakı oyundan sonra de Byazinin sizə təpik atması müzakirə mövzusu oldu. Həmin epizodda nə baş vermişdi?

– Digər kameradan baxsanız görərsiniz ki, o, təpiyi mənə atmırdı, heç mənə dəymədi də. Sadəcə, sevinc anları idi və havaya təpik atırdı. Azlıqda idik, müzakirə edirdik ki, hansı dəyişikliyə əl ata bilərik. Mən bir fikir bildirdim, onu yerinə yetirdi. Əvəzetmədən sonra qol buraxmağa mane olmaq istəyirdik. Ancaq əksinə, özümüz qol vurduq. De Byazi də əli ilə çiynimə vurdu və havaya təpik atdı.

– AFFA-nın baş katibi Sərxan Hacıyev yeni baş məşqçinin yerli olmaq ehtimalının az olmadığını bildirdi. Siz bu məsələyə necə yanaşırsınız?

– Hər bir qərara hörmətlə yanaşmaq lazımdır. Biz də yerli məşqçi təyin olunmasının tərəfdarıyıq. Millidə çalışmaq hər bir məşqçi üçün şərəfdir, fəxrdir. Eləcə də mənim üçün. Milli pik nöqtə deməkdir. Hamı özünü orada görmək istəyər.

– Artıq 4 ildir millidə köməkçi-məşqçi kimi çalışırsınız. Əgər yeni baş məşqçi yerli olacaqsa, komandaya sizdən yaxşı heç kim bələd deyil. Özünüzü bu vəzifəyə hazır sayırsınız?

– Doğrudur, baş məşqçi kimi təcrübəm var. Amma bu barədə nəsə deməyim düz çıxmaz. Bütün yerli mütəxəssislər kimi, mən də millini çalışdırmağı arzulayıram. Dörd ildir buradayam, komandaya çox yaxşı bələdəm. Belə bir qərar qəbul edilərsə, azərbaycanlı kimi, doğma vətənin millisində çalışmaq, əlimizdən gələni etmək borcumuzdur.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-12 20:40

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı

blank
Ölkə futbolu2024-07-12 20:18

Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir

blank
Dünya futbolu2024-07-12 20:00

“İnter” baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

blank
Digər idman növləri2024-07-12 19:31

Ağayeva Dünya Kubokunda finala yüksəldi

blank
Dünya futbolu2024-07-12 19:00

“Mançester Yunayted”dən 36 yaşlı futbolçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-07-12 18:45

Millimiz AÇ-nin təsnifat məshələsinin hazırlığına start verdi

blank
Digər idman növləri2024-07-12 18:31

“Bu hissləri yenidən yaşamaq çox xoşdur”

blank
Digər idman növləri2024-07-12 18:17

Cokoviç məşhur jurnal üçün fotosessiya etdi

blank
Dünya futbolu2024-07-12 17:59

Gürcü futbolçu 6 milyona satıldı

blank
Dünya futbolu2024-07-12 17:40

“Mançester Yunayted”də yeni müqavilə

blank
Dünya futbolu2024-07-12 17:25

“Mançester Siti” Qomesi satdı

blank
Milli komanda2024-07-12 17:13

İki komandanın baş məşqçisi bəlli oldu

blank
Ölkə futbolu2024-07-12 17:09

“İrəvan”ın qovulma səbəbi

blank
Ölkə futbolu2024-07-12 17:00

“Kəpəz”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-12 16:41

Klopp fəxri səfir seçildi

blank
Dünya futbolu2024-07-12 16:22

Nistelroy yenidən “Mançester Yunayted”də

blank
Ölkə futbolu2024-07-12 16:08

Uğurlu startın səbəbləri

blank
Dünya futbolu2024-07-12 15:51

UEFA yeni qayda tətbiq edəcək

blank
Digər idman növləri2024-07-12 15:36

Avropa çempionatına start verildi

blank
Ölkə futbolu2024-07-12 15:20

“Azərbaycana hazır qayıtmaq istəyirik”

blank
Digər idman növləri2024-07-12 15:03

Azərbaycan gimnastlarından Portuqaliyada bürünc medal

blank
Dünya futbolu2024-07-12 14:48

Ukrayna millisi ev oyunlarını bu ölkələrdə keçirəcək

blank
Ölkə futbolu2024-07-12 14:33

Baxşıyev Maçadonu da yanına gətirir

blank
Dünya futbolu2024-07-12 14:18

“Sabah”ın rəqibindən yeni transfer

blank
Digər idman növləri2024-07-12 14:01

Azərbaycanın daha bir atleti Paralimpiya Oyunlarında iştirak edəcək

blank
Müsahibə2024-07-12 13:47

Renduliç razıdır: “Rəhbərlik komandanı gücləndirəcək variantlar üzərində çalışır”

blank
Ölkə futbolu2024-07-12 13:30

Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq

blank
Ölkə futbolu2024-07-12 13:14

Çempion braziliyalı ilə gücləndi

blank
Ölkə futbolu2024-07-12 13:00

Danışılmış oyunlarla bağlı seminar keçirildi

blank
Digər idman növləri2024-07-12 12:46

“Uimbldon”da finalçılar məlumdur

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm