Dünya futbolu
“Arsenal” fəallaşdı: Zaniolo və İsko da gələ bilər
“Arsenal” transfer bazarında fəallığı artırıb. Bu gün Kriştianu Ronaldo və Markus Türamla müqavilə bağlamağa çalışdığı bəlli olan londonluların daha iki hədəfi var.
Futbolinfo.az xəbər verir ki, “topçular” lideri olduğu İngiltərə Premyer Liqasında çempionluq yarışında sonadək davam etmək üçün bütün mövqeləri gücləndirmək niyyətindədir. Buna görə də yarımmüdafiə xəttini də yaddan çıxarmayan “Arsenal” “Roma”dan Nikolo Zaniolanı hədəfə götürüb. İtaliyadan ayrılmaq istəyən oyunçu üçün “canavarlar”la danışıqlar başlayıb.
“Arsenal”ın digər hədəfi İskodur. Yayda azad agent kimi gəldiyi “Sevilya”da rəhbərliklə yola getməyən ispan yarımmüdafiəçisi tezliklə müqaviləsinə xitam verəcək. Növbəti ünvanın İngiltərə paytaxtı olacağı gözlənilir.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var