Dünya futbolu
Asensio – ən yaxşı əvəzedici
Marko Asensio Çempionlar Liqasının rekordçusuna çevrildi. “Real”ın cinah hücumçusu buna dünən “Çelsi”yə qarşı matçda nail oldu.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində 2:0 hesabı ilə qalib gələn madridlilərin üzvü meydana çıxandan 3 dəqiqə sonra qol vurdu. Bu, onun eyni qaydada vurduğu 9-cu top oldu. Başqa heç bir futbolçu ÇL-də meydanda sonradan daxil olaraq bu qədər qol vurmayıb.
Bombardirlərin tam siyahısı belədir:
9 – Marko Asensio
7 – Ole-Qunner Sulşer
7 – Kərim Benzema
7 – Tomas Müller
6 – Alvaro Morata
6 – David Trezeqe
6 – Tyerri Anri
6 – Rayan Babel
6 – Nikola Amoruzo
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”