Dünya futbolu
“Atletiko”da ciddi itki
“Atletiko”nun müdafiəçisi Sezar Aspilikueta 8-12 həftə meydana çıxa bilməyəcək.
Futbolinfo.az xəbər verir ki, o, İspaniya kubokunun 1/8 finalında “Real”a qarşı matçda (4:2) zədələnib.
34 yaşlı müdafiəçinin xarici menisküsü cırılıb. Bu isə onun bir müddət komandasına kömək edə bilməyəcəyi anlamına gəlir.
Xatırladaq ki, o, matçın 106-cı dəqiqəsində meydana çıxsa da, zədə səbəbindən cəmi 10 dəqiqə sonra əvəzlənib.
Bu mövsüm Azpilikueta bütün yarışlarda 22 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.