Bizi izləyin

Ölkə futbolu

Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi

blank
blank

“Sumqayıt” qatardan geri qalmadı. Dünənki qalibiyyət “kimyaçılar”a avrokuboklara vəsiqə uğrunda yarışda mübarizədən qopmamağa imkan verdi.

“Qarabağ”la matçda istək ustalığa qalib gəldi. Oyun boyu hücum edən, epizod yaradan, dirəklərin “möhkəmliyini yoxlayan” ağdamlılar, 3 xalı bayram edənsə sumqayıtlılar oldu. Qonaqlar əsas heyətlə çıxdığı görüşdə şansları boşa verincə, əks-hücumda əla oynayan meydan sahibləri baxımlı kombinasiya qurub qələbə qolunu vurdular. Maraqlıdır ki, “Sumqayıt” bu uğuru “Barselona”da təcrübə keşən baş məşqçi Samir Abasovun yoxluğunda qazandı.

Lakin “Sumqayıt” qələbəyə görə yenə hakimlərə minnətdar olmalıdır. Futbolçuların əzmkarlığı öz yerində, oyunda elə məqamlar olur ki, həmin an nəticənin müəyyənləşməsində önəmli rol oynayır. Dünən də hakimlərin son dəqiqələrdə “Qarabağ”ın penaltisini verməməsi “kimyaçılar”ı xal itkisindən qurtardı. Və “Sumqayıt” belə qərarlar sayəsində bu mövsüm azı 10 xal yığıb. Həmin xalları komandanın hesabından çıxıb rəqiblərinə əlavə etsək, indi turnir cədvəli tam başqa cür şəkillənərdi.

Baş hakim Rauf Cabarovun qərarı əsasən avrokubok üçün mübarizə aparan digər komandaların əleyhinə oldu. “Qarabağ” çemponluğu təmin edib və bu qərara bir o qədər etiraz edəsi deyil, lakin başqalarına qarşı haqsızlıqdır.

Turnir cədvəlində vəziyyət elədir ki, ağdamlıların qızıl medalları qazandıqdan sonra da məsuliyyətsiz çıxış etməyə icazəsi yoxdur. Bir çoxunun taleyi məhz çempionla görüşdən asılı ola bilər. “Sabah”la “Sumqayıt” “Qarabağ”dan 3 xal ala bildi, “Neftçi” ilə “Zirə”nin nəyi bacaracağını isə zaman göstərəcək. Qurban Qurbanovun yetirmələri son 3 oyunda qələbə qazanmayıb. “Neftçi” ilə matç ərəfəsndə autsayderlə bərabərlik və avrokuboka can atan 2 rəqibə məğlubiyyət sıralanır. Oyunçular motivasiyasız ola bilər, ancaq komanda ustalıq səviyyəsinə xələl gətirməməlidir.

Dünən “Turan Tovuz”un da avrokubok arzuları bitdi. Mövsümün gedişində əlinə belə bir fürsət düşən komanda şansından yararlanmaq üçün əsas rəqiblərə uduzmamalı idi. Lakin ardıcıl 2 böyükhesablı məğlubiyyətlə hər şeyə son qoyuldu. Uğurlu oyunlar seriyasından sonra sıralanan darmadağınlar qərblilərin potensialına da aydınlıq gəridi. Roderik Millerin zədələnməsindən, Şəhriyar Əliyevin ardıcıl səhvlərindən sonra Denis Marandiçinin də cəzalı duruma düşməsi müdafiəni tar-mar etdi. Və Slavik Alxasov dünən “Neftçi”nin 12-ci oyunçusu kimi çıxış etməklə yekun nəticədə birbaşa rol oynadı. Tovuzluların meydanda azlıqda qalması ilə bütün suallara aydınlıq gəldi. Bakılıların daha üstün görünməsi də birbaşa rəqibinin zəifliyinə görə idi.

“Neftçi” mübarizədən geri qalmır. Komanda qeyri-sabit çıxış etsə də, vacib oyunlarda toparlana bilir. Azarkeşlərlə barışıqdan sonra böyükhesablı qələbə lap yerinə düşdü.

Tur həm də “Qəbələ”nin vidası ilə əlamətdar oldu. Bölgə təmsilçisinin Premyer Liqanı tərk edəcəyi birbaşa rəqibi ilə oyunda dəqiqləşdi. “Kəpəz” səfər matçında qalib gəlib məsələyə birdəfəlik nöqtə qoydu. Bu nəticə həm də sonuncu pillənin sahibinin adına ədalətli aydınlıq gəlməsi baxımından önəmli oldu. Arada 17 xallıq fərq yaradan gəncəlilər hətta “Araz-Naxçıvan”ı da ötdü.

Bu nəticə Kaxaber Sxadadzenin də imicini yerlə bir etdi. Təyinatından bəri qələbəyə həsrət qalan gürcü, 2 xalla təsəlli tapır. Halbuki o, xilaskar kim dəvət edilmişdi, amma komandanı böhrandan çıxara bilmədi. Düzdür, uğursuzluğun bünövrəsini komandanın sabiq baş meneceri Nail Kərimov qoymuşdu. Məhz onun qurduğu heyət belə bərbad nəticələrə imza atdı, lakin Sxadadze təcrübəsi ilə ən azı nələrisə dəyişməliydi.

Tura Mərdəkanda yekun vurulacaq. Son vaxtlar yüksəlişdə olan “Zirə” əks qrafik cızan “Araz-Naxçıvan”ı məğlub etməyə məhkumdu. Hakimlərin ayaqda saxladığı “Sumqayıt”ı 2-ci pillədən sıxışdırmaq üçün başqa yol yoxdur. Lakin naxçıvanlılar da yenidən “Kəpəz”i geridə qoymaq üçün dönüş yaratmağa çalışacaq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-07-26 02:00

Avroliqa: “Trabzonspor”dan Slovakiyada inamlı qələbə

blank
Dünya futbolu2024-07-26 01:49

Konfrans Liqası: “Başakşəhər”dən darmadağın

blank
Ölkə futbolu2024-07-26 00:49

“Hələ heç nə həll olunmayıb” – “Sabah”ın baş məşqçisi

blank
Ölkə futbolu2024-07-25 23:39

“Oyunun nəticəsi birbaşa mənim səhvimdir” – “Dunayska Streda”nın baş məşqçisi

blank
Ölkə futbolu2024-07-25 23:14

“Sabah” “Makkabi”yə böyük hesabla qalib gəldi

blank
Ölkə futbolu2024-07-25 22:51

“Bu üstünlük bizi rahatlada bilməz” – Rəşad Sadıqov

blank
Ölkə futbolu2024-07-25 22:41

“Biz qalan 30 faiz şansımızdan yapışacağıq” – Samir Abasov

blank
Ölkə futbolu2024-07-25 22:32

“Fehervar”ın baş məşqçisi Sumqayıtda qazandıqları qələbədən danışdı

blank
Ölkə futbolu2024-07-25 22:23

“Zirə” Slovakiya klubuna böyük hesabla qalib gəldi

blank
Ölkə futbolu2024-07-25 21:52

“Sumqayıt” “Fehervar”a evdə uduzdu

blank
Dünya futbolu2024-07-25 21:43

Fransa klubunda yeni baş məşqçi

blank
Ölkə futbolu2024-07-25 21:34

NFF baş katibinə hazırkı vəziyyətin təhlil edilməsi tapşırıldı

blank
Ölkə futbolu2024-07-25 20:44

Daha bir yığmamız Ermənistana qalib gəldi

blank
Ölkə futbolu2024-07-25 19:38

“Səbail” Sofirlə müqavilə imzaladı

blank
Digər idman növləri2024-07-25 18:59

Millimiz Ermənistana qalib gəldi

blank
Ölkə futbolu2024-07-25 18:38

“Kəpəz”in sonuncu rəqibi bəlli oldu

blank
Ölkə futbolu2024-07-25 18:25

Cüdoçularımızın Paris-2024-dəki rəqibləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-07-25 18:11

“Turan Tovuz”un “Kocaelispor”la yoxlama matçı ləğv olundu

blank
Digər idman növləri2024-07-25 18:02

Millimiz paralimpiadada ilk dəfə 7 idman növündə təmsil olunacaq

blank
Dünya futbolu2024-07-25 17:50

“Fənərbaxça”dan yeni transferi ilə 5 illik müqavilə

blank
Digər idman növləri2024-07-25 17:38

“Sabah”da yeni basketbolçu

blank
Digər idman növləri2024-07-25 17:27

Stolüstü tennisçilərimiz Çinə yollanıblar

blank
Digər idman növləri2024-07-25 17:09

Olimpiyaçı güləşçilərimiz üçün AMADA-dan maarifləndirici seminar

blank
Ölkə futbolu2024-07-25 16:54

Almaniya Yay Olimpiya oyunlarına ev sahibliyi edə bilər

blank
Dünya futbolu2024-07-25 16:42

“Sevilya” Adnan Yanuzayı icarəyə göndərdi

blank
Digər idman növləri2024-07-25 16:27

Nadalla Cokoviç Parisdə ikinci mərhələdə qarşılaşa bilərlər

blank
Dünya futbolu2024-07-25 16:12

“Qalatasaray” futbolçusunu “Panatinaikos”a satdı

blank
Dünya futbolu2024-07-25 15:58

Saviç “Trabzonspor”da

blank
Digər idman növləri2024-07-25 15:47

Parisdə ilk dünya rekordu – Yaylagül isə…

blank
Digər idman növləri2024-07-25 15:44

“Yaşımız az olsa da, gördüyümüz iş böyükdür”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm