Dünya futbolu
Avroliqa: MY qələbəni əldən verdi, “Yuventus” qalib gəldi
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Əvvəlcə “Roma” ötən mövsüm Avropa Konfrans Liqasının finalında qarşılaşdığı “Feyenoord”un qonağı olub. İtaliya təmsilçisi Niderlanddan məğlubiyyətlə qayıdıb.
“Mançester Yunayted” doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib. “Qırmızı şeytanlar” bu oyunda qələbəni son dəqiqələrdə buraxdıqları 2 qolla əldən veriblər. “Yuventus” isə “Sportinq”lə ev oyunundan çətin qələbə ilə ayrılıb. “Bayer” də Belçika “Yunion”u ilə münasibətlərinə aydınlıq gətirib. Almaniya təmsilçisi doğma məğlubiyyətdən xilas olub.
Avropa Liqası
1/4 finalın ilk oyunları
13 aprel
Feyenoord (Niderland) – Roma (İtaliya) 1:0
Qol: Viffer, 53.
Bayer (Almaniya) – Yunion (Belçika) 1:1
Qol: Virts, 83 – Bonifeys, 51.
Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) 1:0
Qol: Qatti, 73.
Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya) 2:2
Qol: Zabitser, 14; 21 – X.Navas, 85. H.Maquayr, 90+3-öz qapısına.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları