Ölkə futbolu
Avroliqa: “Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, 1-ci turda Norveç “Molde”sini qəbul edəcək.
Ölkə çempionu 2-ci turda, oktyabrın 5-də İsveçdə “Haken”in qonağı olacaq.
“Köhlən atlar” oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq 3-cü (səfər) və 3-cü (ev) turlarda Almaniya nəhəngi “Bayer”lə üz-üzə gələcək.
Noyabrın 30-da, 5-ci turda “Molde”nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda “Haken”i sınağa çəkəcək.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Premyer-liqa2023-12-02 20:28
Tovuzda məhsuldar heç-heçə