Bizi izləyin

Ölkə futbolu

Avropada “TOP-60”a daxil olan “Qarabağ” və digərləri

blank
blank

Əgər hansısa komanda finişə 8 tur qalmış ən yaxın izləyicisini 26 xal qabaqlayaraq çempionluğu qazanırsa, bu, nəyin göstəricisidir? Çempion aşkar güclüdür, ya rəqibləri çox zəifdir?

Bizim Premyer Liqanın timsalında hər iki ehtimalın mümkünlüyünü vurğulaya bilərik.

Azərbaycan çempionu Avropada futbolçularının ümumi transfer dəyərinə görə özündən 8-9 dəfə bahalı komandaya (“Braqa”) qalib gələ, özündən 40 dəfə bahalı komanda (“Bayer”) ilə də başa-baş mübarizə apara bilir. Ölkə çempionatında isə ən azı 2-3 klubunun dəyəri “Qarabağ”a aşağı-yuxarı yaxın olsa da, çempion bu və digər rəqiblərini dörd-beş, hətta altı top fərqilə rahat məğlub etməyi bacarır.

“Qarabağ”ın nümunəsi onu göstərir ki, qiyməti baha olmayan keyfiyyətli oyunçularla Avropada müəyyən uğurlar əldə etmək, milli çempionatda da “bir ayaqla” titul qazanmaq mümkündür. İndi Azərbaycan təmsilçisi UEFA-nın klub reytinqində “TOP-60”a daxildir və “Qalatasaray”, “Dinamo” (Kiyev), “Monako”, “Valensiya”, “Anderlext” kimi məşhur klublardan daha yüksək mövqedədir.

Məsələn, “Dinamo” (Zaqreb) Xorvatiya, “Ferentsvaroş” da Macarıstan futbolu üçün nədirsə, hazırda “Qarabağ” da Azərbaycan futbolu üçün odur…

Avropanın zəif çempionatlarından biri olan Uelsdə də çempion bəllidir. Orada TNS klubunun ən yaxın izləyicisi ilə aralarındakı xal fərqi artıq 25-ə çatıb. Slovakiyada isə yarışın qalibi hələ rəsmiləşməsə də,  “Slovan” 15 xallıq üstünlüklə digərlərinə “yuxarıdan aşağı baxa” bilir.

Avropanın aparıcı çempionatlarında da aşkar liderlər var. Çempionlar Liqasında 1/8-dən o tərəfə addım ata bilməyən “İnter”in əzəli və barışmaz rəqibi “Milan”dan 14 xal aralanması diqqəti çəkir. “Qarabağ”ın Avropa Liqasında çətin anlar yaşatdığı “Bayer”in axırıncı 7 tur ərəfəsində “Bayern“dən 13 xal irəlidə olması isə hazırkı futbol mövsümünün ən böyük sensasiyalarından biridir – Leverkuzen təmsilçisi artıq aprelin sonuna doğru tarixində ilk çempionluğu rəsmiləşdirə bilər.

Əgər ikinci yerdəkindən 12 xal uzaqlaşan PSJ-nin Fransadakı hegemonluğuna öyrəşmişiksə, İspaniyada “Real”ın “Barselona”nı 8, Niderlandda PSV-nin “Feyenoord”u 7 xal ötməsini də qeyd etməliyik.

…Son 10 ildəki Azərbaycan çempionatlarına nəzər salsaq, “Qarabağ”ın yalnız 2014 və 2015-ci illərdə qazandığı çempionluqlarda “İnter”in onunla “dirəşdiyini” və aralarında cəmi 5 xal fərqinin olduğunu görərik.

Çempion 2015/16 mövsümündə gümüş mükafatçını 22 xal, 2021/22-də isə 19 xal qabaqlayıb, bu dəfə isə üstünlük daha fantastikrəqəmə çata bilər – qalan 8 tur ərzində 26 xallıq fərqin hansı həddə çatacağını özünüz təsəvvür edin.

Qalibin əvvəlcədən bilindiyi çempionata azarkeş marağının böyük olması mümkündürmü?

“Qarabağ”ın vaxtilə Çempionlar Liqasında “Roma” və “Çelsi”, Avropa Liqasında “Arsenal”la qarşılaşmalarını Bakı Olimpiya Stadionunda 60 mindən çox azarkeş izləyib. Həmin arenadan təxminən iki dəfə az tamaşaçı tutumuna malik “Tofiq Bəhramov”da da beynəlxalq oyunlara, əsasən, 30 mindən çox azarkeş gəlir.

Deməli, ölkəmizdə futbola böyük marağın olması şübhəsizdir, sadəcə, futbolsevərlərə təqdim edilən“tamaşalar”da fərq var. “Qarabağ”ın avrokuboklardakı çıxışı zamanı stadionların dolması, milli çempionat oyunlarına isə demək olar ki, min nəfərdən az azarkeşin gəlməsi onu göstərir ki, azarkeşlərə əsl müzabizə və rəqabət, bir sözlə, Avropa səviyyəli futbol maraqlıdır.

RASİM MÖVSÜMZADƏ

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-13 21:21

“Zirə” – “Şerif” oyununun biletləri satışa çıxarılrır

blank
Ölkə futbolu2024-07-13 21:00

“Neftçi” qələbə ilə başladı

blank
Ölkə futbolu2024-07-13 20:42

“Kəpəz” malili hücumçu ilə gücləndi

blank
Ölkə futbolu2024-07-13 20:29

“Səbail”dən Super Liqa klubu ilə heç-heçə

blank
Digər idman növləri2024-07-13 20:04

Millimiz finala yüksəldi

blank
Dünya futbolu2024-07-13 19:40

“Beşiktaş”da italiyalı hücumçu

blank
Dünya futbolu2024-07-13 19:20

Fransa millisinin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda

blank
Digər idman növləri2024-07-13 19:00

MBA tarixinin ən böyük güzəşti

blank
Ölkə futbolu2024-07-13 18:41

“Sumqayıt”ın rəqibi yoxlama görüşündə qələbə qazandı

blank
Digər idman növləri2024-07-13 18:20

AÇ: Millimizdən növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-07-13 18:00

“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç

blank
AÇ-20242024-07-13 17:38

Yamal ad gününə anasından istədiyi hədiyyəni açıqladı

blank
Digər idman növləri2024-07-13 17:19

Lebronun oğlu ilk oyunda cəmi 8 xal topladı

blank
Dünya futbolu2024-07-13 17:00

“Roma”dan yeni transfer

blank
Digər idman növləri2024-07-13 16:46

Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı

blank
Dünya futbolu2024-07-13 16:30

“Mançester Siti” hücumçusunu satdı

blank
Ölkə futbolu2024-07-13 16:11

“Sumqayıt”da növbəti ayrılıq

blank
Ölkə futbolu2024-07-13 15:49

“Çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2024-07-13 15:12

“Kəpəz” hazırlığın növbəti mərhələsinə start verib

blank
Dünya futbolu2024-07-13 14:44

“Napoli”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-13 14:15

“İnter”də ilk iranlı hücumçu

blank
Digər idman növləri2024-07-13 13:46

Azərbaycan şahmatçıları 5-ci Avropa Universitet Oyunlarında birinci yeri tutublar

blank
Dünya futbolu2024-07-13 13:17

Fransalı sabiq futbolçuya 12 aylıq şərti həbs cəzası

blank
Ölkə futbolu2024-07-13 12:48

“Səbail” Türkiyə klubuna qarşı

blank
Ölkə futbolu2024-07-13 12:19

“Sabah”ın Sloveniyada üçüncü sınağı

blank
Digər idman növləri2024-07-13 11:51

AÇ: Yığmalarımız yarımfinal görüşlərinə çıxacaq

blank
Ölkə futbolu2024-07-13 11:26

“Neftçi” Super Liqa klubu ilə üz-üzə

blank
Digər idman növləri2024-07-13 11:00

Millimiz AÇ-də növbəti sınağına çıxacaq

blank
Ölkə futbolu2024-07-13 10:39

“Kəpəz”də yeni müqavilə

blank
Digər idman növləri2024-07-13 10:17

Karate yarışları Gəncədə keçiriləcək – MDB oyunlarında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm