Ölkə futbolu
Aydın Bayramov: “Sabit oynamalıyıq”
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Səbail”ə qarşı ağır oyun keçirdik. Bir tərəfdən də maraqlı qarşılaşma oldu, çox qol epizodu yaratdıq və qalib gəlgik”. Bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un qapıçısı Aydın Bayramov deyib.
O, Misli Premyer Liqasının 20-ci turunda “Səbail”ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Yaratdığımız qol epizodlarından lazımınca yararlana bilməyimiz bizi sevindirir. Əsas odur ki, doğma meydanda qələbə əldə etdik. Çalışacağıq ki, bundan sonra da bu cür yaxşı olaq. Maksimum xal toplamaq istəyirik. Hər oyuna nəticə üçün çıxırıq. Mövsümün sonunda harada olduğumuzu görəcəyik. Çox ağır çempionat gedir və hər şey ola bilər”.
Bayramov 21-ci turda “Sabah”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Məqsədimiz “Sabah”la matçda da yaxşı nəticə əldə etməkdir. Sabit oynamalıyıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik. Rəqib də həftəiçi kubok oyunu keçirəcək, bu da matça öz təsirini göstərə bilər”.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Ölkə futbolu2024-07-12 20:18
Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir
- Müsahibə2024-07-12 13:47
Renduliç razıdır: “Rəhbərlik komandanı gücləndirəcək variantlar üzərində çalışır”