Bizi izləyin

Müsahibə

Ayxan Abbasov: “3-4 aylıq transferlər etməyəcəyik”

blank
blank

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının XX turunda “Səbail” üzərində vacib qələbə (3:1) qazandınız. Cari mövsümün əvvəlki görüşlərində “dənizçilər”ə qalib gələ bilməməyiniz budəfəki matçdan öncə üzərinizdə əlavə təzyiq yaratmışdı?

– “Səbail” yaxşı rəqibdir, onlarla oyunlarımız həmişə gərgin keçir. Keçən mövsümdə də belə idi. Düzdür, bu mövsümün ilk 2 görüşündə uduzmuşduq. Tovuzda “Səbail”ə məğlub olduğumuz qarşılaşma keçirdiyimiz ən zəif oyunlardan idi. Amma Bakıdakı matçda rəqibdən üstün təsir bağışlamışdıq, qol vurub hesabda önə də keçmişdik. Di gəl ki, qələbəni əldən vermişdik. Budəfəki görüşə gəlincə, əvvəla onu deyim ki, çempionatın ikinci yarısına qalibiyyətlə başlamaq istəyirdik. Bu, “Kəpəz”lə oyunda alınmadı. “Səbail”lə matça futbolçularımın yaxşı köklənməyi, oyunda 3 xal qazanmağımız vacib idi. Qalib gəlməsəydik, turnir cədvəlində çətin duruma düşə bilərdik. Çünki yuxarı pillələrdəki komandalardan qopacaqdıq, əvəzində bizdən aşağı pillələrdə olanlar yaxınlaşacaqdı, bu da üzərimizdə əlavə təzyiq yaradacaqdı. Şükürlər olsun, futbolçularım oyunun mahiyyətini ilk saniyədən dərk etdilər və komanda istədiyimiz məzmunlu oyunu göstərdi. Bunun sayəsində vacib qələbə qazandıq.

– Çempionatın ikinci yarısında artıq 2 matç keçirmisiz. Komandanızın göstərdiyi oyun sizi tam qane edir? Yoxsa fasilədən sonra əsl oyununuzu göstərmək üçün bir qədər də vaxt lazım olduğunu düşünürsünüz?

– Oyunumuz məni tam qane edə bilməz. Əlbəttə, bir qədər vaxt lazımdır. Amma futbolçularda yaxşıya doğru fərq hiss olunur. Düzdür, səhvlərimiz də var. Uzun müddət bir yerdə oynadıqca futbolçular bir-birlərini daha yaxşı başa düşəcəklər. Komanda hələ tam istədiyimiz formada deyil. Stabil oyunu yaxalayandan sonra razı qala bilərik.

– Sərtan Taşkın və Martin Petkovun gedişi işinizi çətinləşdirmədi? Petkov mövsümə yaxşı başlasa da, sonra oyununda eniş yaşandı. Bu, nə ilə bağlı idi?

– Sərtan özü müraciət etdi və getmək istədiyini bildirdi. Vaxtımız az idi. Onun yerini doldurmaq üçün “Neftçi”dən İsmayıl Zülfüqarlını icarəyə götürdük. Petkov perspektivli, gənc futbolçu idi. Ona çox ümidli idik. Həqiqətən də çempionata yaxşı başlamışdı. “Araz-Naxçıvan” və “Kəpəz”lə oyunlarda komandaya xallar qazandırdı. Bunları unutmaq olmaz. Amma alınmadı, şəxsi səbəbləri oldu. Uyğunlaşa bilmədi, ölkəsindən kənarda qalmağı ona çətinlik yaradırdı. Biz də bunu başa düşdük. Bir futbolçudan maksimumu ala bilmiriksə, deməli, yekun qərara gəlməlisən. Danışdıq, razılaşdıq.

– Komandaya yeni gələn futbolçuların hazırkı formasından razısınız? Yayda İsmayıl Zülfüqarlı və Fərid Yusiflinin icarə müddətini uzatmağı planlaşdırırsınız?

– İsmayıl mütəmadi oynayır, potensiallı futbolçudur. Komandaya tez uyğunlaşdı. Onun maksimumunu bilirəm. Daha yaxşı çıxış edəcəyinə inanıram. Eyni sözləri Fəridə də şamil edirəm. Digər transferimiz Aleks Souzanın da böyük potensialı var, üstəlik gəncdir. Ona da ümidlərimiz böyükdür. Amma bir qədər vaxt lazımdır, tam formada deyil. Komanda ilə təlim-məşq toplanışı keçməyib. Oyundan-oyuna o da inkişaf edəcək. Əlbəttə, İsmayıl və Fəridin icarə müqaviləsinin müddətini uzatmaq istərdik. Aramızda belə bir razılaşma var ki, əgər bu futbolçular “Neftçi”yə lazım olmasalar, bizdə qalacaqlar. Bu, “Neftçi”dən asılı olacaq. Belə perspektivli futbolçuların komandamızda qalmasını çox istərdik.

– Azərbaycanda qış “transfer pəncərəsi” fevralın 8-də bağlanacaq. Ona qədər heyətə daha bir yeni futbolçunun cəlb edilməsi mümkündür?

– Mümkündür, axtarışlarımız davam edir. “Transfer pəncərəsi” bağlanandan sonra azad agent statusu daşıyan futbolçular tapa bilərik. Baxacağıq, 3-4 aylıq transferlər etməyəcəyik. Gələn mövsüm də oynada biləcəyimiz, bizi qane edəcək futbolçular qarşımıza çıxarsa, onları heyətimizə qatacağıq. Alına da bilər, alınmaya da. Axtarışdayıq.

– Növbəti turda “Sabah”ın qonağı olacaqsınız. Rəqib fasilədən sonra çempionatda keçirdiyi 2 oyundan 4 xalla ayrılsa da, ölkə kubokunda “Qarabağ”a 1:7 hesabı ilə uduzdu…

– Kubok matçında “Qarabağ”a böyük hesabla uduzmasına və çempionatda ön sıralarda olmamasına baxmayaraq, “Sabah” Premyer Liqamızın ən yaxşı komandalarındandır. Güclü futbolçuları var. Son turda “Zirə”ni 10 nəfərlə məğlub etdilər, bunu bacarmaq asan iş deyil. Bizi çətin oyun gözləyir. Səfərdə oynamağımıza baxmayaraq, biz də xal qazanmaq istəyirik. Maraqlı oyun olacaq. İnşallah, sevinən tərəf “Turan Tovuz” olar.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-16 17:00

Musa “Qarabağ”a qələbə qazandırdı

blank
Digər idman növləri2024-07-16 16:47

Azərbaycan klublarının Avropa Kubokunda rəqibləri müəyyənləşdi

blank
Premyer-liqa2024-07-16 16:29

Premyer Liqada “feyr-pley” mükafatı təsis olunacaq

blank
Digər idman növləri2024-07-16 16:16

“Netflix” Alkaras haqqında serial çəkir

blank
Ölkə futbolu2024-07-16 16:00

Səlahət üzr istəməkdən boyun qaçırıb

blank
Ölkə futbolu2024-07-16 15:47

COP29 zamanı Əvəzedicilər, I və II Liqaların oyunları nəzərdə tutulmayıb

blank
Ölkə futbolu2024-07-16 15:37

“Sabah” Bakıya qayıtmayacaq

blank
Ölkə futbolu2024-07-16 15:26

“Kəpəz”in ev oyunlarını keçirəcəyi stadion açıqlandı

blank
Dünya futbolu2024-07-16 15:25

Mbappe rəsmən “Real”da

blank
Premyer-liqa2024-07-16 15:24

Premyer Liqada yeni mövsümün sponsoru bilindi

blank
Ölkə futbolu2024-07-16 15:17

Püşk atıldı

blank
Ölkə futbolu2024-07-16 15:09

Paçu “Zirə”yə keçəcək?

blank
Ölkə futbolu2024-07-16 14:52

“Sumqayıt”ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb

blank
Ölkə futbolu2024-07-16 14:35

“Sumqayıt” Ninqa ilə vidalaşdı

blank
Ölkə futbolu2024-07-16 14:30

Berdiyev Abışovu da “Turan Tovuz”a apardı

blank
Dünya futbolu2024-07-16 14:15

İngiltərə millisində Sautqeyt dönəmi başa çatdı

blank
Ölkə futbolu2024-07-16 14:07

Şeydayev “Neftçi”də nə qədər qazanacaq?

blank
Ölkə futbolu2024-07-16 13:50

“Araz-Naxçıvan”dan növbəti transfer

blank
Ölkə futbolu2024-07-16 13:45

“Bu, komandamız üçün əla transferdir” – Qriqorçuk

blank
Ölkə futbolu2024-07-16 13:41

ÇL: “Qarabağ”ın rəqibi bu gün müəyyənləşəcək

blank
Digər idman növləri2024-07-16 13:22

Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək

blank
Ölkə futbolu2024-07-16 13:05

Şeydayev rəsmən “Neftçi”də!

blank
Digər idman növləri2024-07-16 12:51

Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazandı

blank
Digər idman növləri2024-07-16 12:39

Qazaxıstan qran-prisinin “bəxti açılmadı”

blank
Digər idman növləri2024-07-16 12:24

ESPN 21-ci əsrdə ən güclü idmançıların adlarını açıqlayır

blank
Digər idman növləri2024-07-16 12:09

Sinner və Alkaras Devis kubokunda oynayacaqlar

blank
Digər idman növləri2024-07-16 11:51

Nadal: ” Ən yaxşı oynayan çempion oldu, bu, hər zaman baş vermir”

blank
Ölkə futbolu2024-07-16 11:34

“Qarabağ”da qapıçı səfərbərliyi – ikisini axtarırlar

blank
Ölkə futbolu2024-07-16 11:28

“Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirəcək

blank
Ölkə futbolu2024-07-16 11:19

Hakim-inspektorlar üçün seminar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm