Digər idman növləri
Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında kişilərin şəxsi yarışında 1/4 finala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, ilk görüşdə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21-10, 21-18) hesabı ilə məğlub edən Edi 1/8 finala yüksəlmək uğrunda Sloveniya badmintonçusu Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21-13, 21-13).
1/4 finala yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz güclü rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19, 12-21, 21-19) hesablı qələbə qazanıb.
Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”