Digər idman növləri
Azərbaycan birinciliyində komanda yarışlarına yekun vuruldu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı keçirilib.
Futbolinfo.az xəbər verir ki, yarışlarda 8 komandadan 72 idmançı medallar uğrunda mübarizə aparıb.
Qızlar -48 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -60 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində güclərini sınayıblar.
Yarışın final görüşü Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi arasında keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Bakı şəhəri 13 nömrəli İOEUGİM 2 və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi üçüncü yerləri bölüşüblər.
Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:
- “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
- Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
- Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 2
- Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Neftçi İdman Klubu
- Gəncə – Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
- Gömrükçü İdman Sağlamlıq Mərkəzi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Müsahibə2024-07-12 09:22
Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Dünya futbolu2024-07-12 11:02
Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir