Digər idman növləri
Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 17-ci turun görüşləri aprelin 20-də təşkil olunacaq.
Əvvəlcə saat 12:00-da “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gələcəklər. Daha sonra “Bakı” ilə “Kür” münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matç saat 14:00-da start götürəcək.
“AHF Arena”da keçiriləcək hər iki görüş federasiyanın rəsmi “facebook” səhifəsi və “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)