Premyer-liqa
Azərbaycan çempionatında Zidansayağı kəllə – VİDEO

Peşəkar Futbol Liqası “Səbail”in legioneri Nikolas Rayselin “Sumqayıt”la Azərbaycan Premyer Liqasının IX tur oyununda (2:0) qırmızı vərəqə aldığı epizodun görüntülərini yayıb.
Futbolinfo.az xəbər verir ki, həmin epizodda fransalı hücumçunun meydan sahiblərinin müdafiəçisi Höccət Haqverdiyə kəllə atması əksini tapıb.
63-cü dəqiqədə “Sumqayıt” hücumda olduğu vaxt 28 yaşlı forvard Azərbaycan millisinin oyunçusuna yaxınlaşaraq, onun sifətinə başla zərbə endirib.
Baş hakim Fərid Hacıyev Haqverdini qeyri-idman hərəkətinə görə sarı, Rayseli isə təcavüzkar davranışı səbəbindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıb. Fransalı futbolçu bu addımı ilə həmyerlisi Zinəddin Zidanın DÇ-2006-nın final matçındakı hərəkətini təkrarlayıb. Fransa millisinin sabiq yarımmüdafiəçisi olan Zidan İtaliya ilə həmin oyun zamanı rəqib müdafiəçi Marko Materatsiyə kəllə atmışdı.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib