Milli komanda
Millimiz FIFA reytinqində 6 pillə irəlilədi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan millisi FIFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib.
Futbolinfo.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığma 114-cü mövqedə qərarlaşıb.
Hazırda baş məşqçisi olmayan komanda 1174.22 xala malikdir. Milli AÇ-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib – 0:5.
Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür
Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AÇ-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-12 20:18
Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Dünya futbolu2024-07-12 11:02
Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir