Digər idman növləri
Azərbaycan yığması Gürcüstana yollanır
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
18 yaşadək kişi həndbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün bu gün Gürcüstana yollanacaq.
Futbolinfo.az xəbər verir ki, məqsəd növbəti Avropa çempionatına hazırlaşmaqdır.
Bir neçə gündür Bakıda fiziki və texniki-taktiki plan üzrə məşqlərdə iştirak edən U-18 hazırlığın ikinci mərhələsini Gürcüstanda keçəcək. Milli dekabrın 12-dək Tbilisidə baş tutacaq toplanış zamanı 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Komanda Gürcüstanın U-18 və U-16 millilərinin hərəsi ilə iki dəfə üz-üzə gələcək.
U-18-lər arasında Avropa çempionatı 2024-cü ilin avqustunda keçiriləcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 08:00
Eyforiyaya qapılmadan
- Müsahibə2024-07-12 09:22
Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”
- Ölkə futbolu2024-07-12 20:18
Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq