Digər idman növləri
Azərbaycan cüdoçularından Avropa kubokunda 4 medal
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıblar.
Futbolinfo.az xəbər verir ki, turnirin ilk günündə 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanların yarışında -66 kq çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq çəkidə Nizami İmranov və -66 kq çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.
Qızların yarışında -78 kq çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək