Digər idman növləri
Azərbaycan gimnastlarından daha bir medal
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin üçüncü günündə Azərbaycan gimnastları daha bir gümüş medala layiq görülüblər.
Futbolinfo.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandamızın üzvləri 5 iplə hərəkətlərin icrasında gümüş medal qazanıb.
Bu gün həmçinin “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı olan – “AGF Trophy” kubokunun gənclər arasında təqdimetmə mərasimi keçirilib. Fərdi proqramda (topla hərəkətlər) Kipr təmsilçisi Vera Tuqolukova (Kipr), qrup hərəkətləri proqramında isə (5 top) İsrail komandası “AGF Trophy” kubokuna layiq görülüb.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək